Mirşahin: “İlham Əliyev heç vaxt getməyəcək, o, dövlətdir...”

Mirşahin: “İlham Əliyev heç vaxt getməyəcək, o, dövlətdir...”
Загрузка...
"Azərbaycan hakimiyyəti dəyişəcəyi halda belə Azərbaycan dövlətinin dəyişəcəyinə inanmıram. İlham Əliyev dövlətdir və Azərbaycan dövlətinin kursu İlham Əliyevin kursu olacaq”. Bu fikirləri Əvəz Zeynallının təqdimatında "Qaynar Qazan”ın qonağı olmuş REAL TV-nin rəhbəri Mirşahin Ağayev səsləndirib.
Kanal rəhbəri hesab edir ki, Azərbaycan müxalifətində də, bütün otaqlarda Heydər Əliyevin portreti asılmalıdır, necə ki, Ataturkün portreti ilə bunu Türkiyədə edirlər: "Azərbaycan özünün öndər problemini birdəfəlik həll etməlidir. Azərbaycanın müstəqil dövlət olaraq kursu Heydər Əliyevlə bağlıdır. Bu gün Azərbaycanda Heydər Əliyevin kursu əsasdır. Dövlətin mövcudluğunun qarantı budur. Dövlət bu kursdan kənarlaşacağı təqdirdə çökə bilər. Bu barədə düşünmək belə istəmirəm”.
M.Ağayev bildirib ki, İlham Əliyevlə siyasi cəhətdən həmişə bir yerdə olacaq: "O, heç bir yerə getməyəcək. İlham Əliyev heç vaxt getməyəcək. Axı mən dedim ki, İlham Əliyev dövlətdir. Siz düşünürsüz ki, dövlət getməlidir?”
Загрузка...
Загрузка...

Xəbər lenti