Mingəçevirdə polis mayorunu yaralayan şəxslər tutuldu

Mingəçevirdə polis mayorunu yaralayan şəxslər tutuldu
Загрузка...
 Oktyabrın 2-də saat 19 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan iki nəfərə yaxınlaşaraq onları intizama dəvət edib. "Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, onlardan biri tabeçilik göstərməyərək R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib.
Sonra hər iki şəxs hadisə yerini tərk ediblər. R.Məmmədov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti