“Minada ayağını itirən əsgər komandirini 600 metr sürümüşdü” “Minada ayağını itirən əsgər komandirini 600 metr sürümüşdü”

“Minada ayağını itirən əsgər komandirini 600 metr sürümüşdü”
"Əsgər minaya düşərək ayağının birini itirmişdi, bir ayağı olmadığı halda komandirini 600 metr sürümüşdü”. "Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu əslən Ağdam rayonundan olan məşhur kəşfiyyatçı "Xanı” ləqəbli Səyyar Əhmədov Birinci Qarabağ müharibəsi ilə bağlı xatirələrini bölüşərkən deyib.
O bildirib ki, yaxşı dostlarından bir neçəsi şəhid olub: "1993-cü il dekabrın 30-da döyüşdə əsgərin ayağını mina aparmışdı, döyüş yoldaşları onun ayağına "jqut” bağlayıb üzümlüyə qoymuşdu. Əsgər ayılanda görmüşdü ki, komandirinin cəsədi yanındadır. Həmin əsgər bir ayağı olmadığı halda komandirini 600-700 metr daşıyaraq gətirmişdi. Bunu hər əsgər edə bilməzdi, Azərbaycan əsgəri edə bilərdi”.
"Xanı” döyüş yoldaşı Şamilin onu necə xilas etməsindən də danışıb: "Şamil məni yaralı halda daşıdı. 400-500 metr getdi, mən çox deyəndən sonra yerə qoydu. Bu vaxt yanımıza mərmi düşdü, Şamil özünü mərminin üstünə atdı. Sonra ətrafdakı adamlar bizə köməyə gələndə Şamil hər kəsə qışqırırdı ki, "Xanı”nı aparın həkimə”.

Xəbər lenti