Milyarder Cəbrayılov intihara cəhd etdi

Milyarder Cəbrayılov intihara cəhd etdi
 Rusiyada çeçen milyarder Umar Cəbrayılov intihara cəhd edib. Rusiya KİV-ləri xəbər verir ki, hadisə dünən aprelin 2-də baş verib. İsmaylovsk şossesindəki oteldə biznesmen qolunu kəsib və onun sürücüsü təcili yardım çağırıb. Federasiya Şurasının Çeçenistandan olan keçmiş üzvü "Avanti Stroyqrup” şirkətinin sahibi olan Cəbrayılov oteldən çıxarkən qolundakı yaranın üstünə dəsmal büküb, o bütün baş verənləri "şok vəziyyətində olması” ilə izah edib. Cəbrayılovu Sklifasovski adına xəstəxanaya aparıblar və hazırda o, həkim nəzarətindədir. 

Cəbrayılovun şirkəti Moskvada biznes-sinif yaşayış kompleksləri tikir, o bizneslə yanaşı bir zamanlar siyasətə də maraq göstərib. Rusiya prezidentliyinə namizədliyini irəli sürüb, amma çox az səs yığıb. Sonralar isə prezidentin köməkçisi-müşaviri postunu tutub.

Xəbər lenti