Milli Şuranın daha bir mitinqinə icazə verilməyib

Milli Şuranın daha bir mitinqinə icazə verilməyib
Загрузка...
Səbəb kimi aksiya keçirilən məkana yaxın yerdə yaşayanların narazı olması göstərilib
Milli Şuranın martın 2-ə planlaşdırdığı mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti rədd cavabı verib. Bunu Meydan TV-ə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn deyib.
Onun sözlərinə görə, icra hakimiyyəti cavabını onunla əsaslandırıb ki, Milli Şuranın yanvarın 19-da keçirilmiş mitinqində qanunvericiliyin tələbləri pozulub.
Bundan başqa bildirilib ki, aksiya keçirilən məkana yaxın ərazilərdə yaşayan vətəndaşlar, orada fəaliyyət göstərən sahibkarlar narazılıq edirlər.
Milli Şura mitinqi siyasi məhbuslara azadlıq, Azərbaycandan kənara çıxarılan vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit borclarının silinməsi, tələblərin xaricidə təhsilinə dövlət dəstəyinin artırılması tələbi ilə keçirmək istəyirdi.
Yanvarın 19-da keçirilən aksiyadan sonra bu Milli Şuraya icazə verilməyən üçüncü mitinqdir. Bundan əvvəl Milli Şura Bakı Şəhəri İcra Hakimiyyətinə yanvarın 26-da, fevralın 23-də mitinq keçirmək üçün müraciət etmişdi.
Загрузка...
Загрузка...

Xəbər lenti