Milli Şura növbəti mitinqinin vaxtını açıqladı

Milli Şura növbəti mitinqinin vaxtını açıqladı
Загрузка...
Demokratik Qüvvələrin Milli Şurası növbəti mitinqinin vaxtını elan edib. Bu barədə AXCP sədri Əli Kərimli açıqlama yayıb. Əli Kərimli Milli Şuranın 19 oktyabrda aksiya keçirəcəyini bildirsə də, tədbirin harada keçiriləcəyini qeyd etməyib.
Əli Kərimli deyib ki, oktyabrın 8-də keçirilən piketdə iştirak və ya müşahidə etmək üçün minlərlə insan gəlmişdi: "Onlar piketdə iştirak edə bilməsələr də, piketin tələblərilə həmrəy idilər. Bu qədər insanın piketdə iştirak etməyə can atması və ya kənardan dəstəyini ifadə etməsi hakimiyyətə ciddi mesajdır. Xalqımız elliklə dəyişiklik istəyir. Bugünkü razılaşdırılmış piketdə saxlanılanlar da var. Amma bütövlükdə aksiya dinc şəraitdə keçirildi. Polislərin də əvvəlki zamanlarla müqayisədə daha peşəkar davrandığı diqqəti cəlb etdi. AXCP funksionerləri xalqın arasında idilər və qanundankənar heç bir prosesə imkan vermədilər. Ən əsası isə bugünki möhtəşəm aksiyanın müəllifi olan xalqımızın davranışı hər cür təqdirəlayiq idi. Minlərlə insan bir tərəfdən heç nədən çəkinmədən şəhərin mərkəzində sərbəst toplaşmaq azadlığı tələbilə həmrəy olduğunu ifadə etdi, digər tərəfdən isə heç bir təxribat və zorakılıq üçün rejimə bəhanə vermədi. Hakimiyyət 19 oktyabr mitinqi ilə razılaşmalıdır. Bugünki aksiya sübut etdi ki, bu, artıq təkcə müxalifətin deyil, xalqın tələbidir. Xalq isə tələb etdiyini əldə etməyi də bacarır".
Milli Şura bu gün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmış piket keçirib. Ancaq aksiyada polislə qarşıdurma qeydə alınıb, son məlumata görə, hələlik Səbail Rayon Polis İdarəsində bir nəfər saxlanılıb. 

Загрузка...
Загрузка...

Xəbər lenti