Milli Məclisin binasına girməkdə təqsirləndirilən 15 nəfər azadlığa buraxıldı

Milli Məclisin binasına girməkdə təqsirləndirilən 15 nəfər azadlığa buraxıldı
 İyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək mitinqinin sonunda Milli Məclisin binasına daxil olaraq dağıntılar törətməkdə ittiham edilən şəxslər ev dustaqlığına buraxılıb. Bu barədə prokurorluğun təqdimatına Səbail rayon məhkəməsinin hakimi Ağamalı Qafarovun sədrliyi ilə baxılıb.
Həbsdə olan Nağıyev Ramid Zəkrulla oğlu, Mirzəyev Gündüz Vaqif oğlu, Əliyev İlkin Pirəli oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Mövlayev Dəyanət Kərəm oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Məmişov Taleh Seyidxan oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Cabbarov Elnur Yusif oğlu, Abadov Fərid Mətləb oğlu, Vahabov Müşviq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu, Çobanov Pərvin Nadir oğlu, cəmi 15 nəfər azadlığa buraxılıb.
Onlar barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Xəbər lenti