Ümidini Mehriban Əliyevaya bağlayan müəllim: "Bu pula böyük ehtiyacım var..."

Ümidini Mehriban Əliyevaya bağlayan müəllim:
Загрузка...
Hacıqabul rayonu Kolanı kənd Ədalət Ağayev adına orta məktəbin tarix müəllimi Müşfiq Nağıyev Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Criminal.az həmin müraciəti olduğu kimi təqdim edir:
Hörmətli Mehriban xanım, mən Nağıyev Müşfiq Qardaşəli oğlu 2015-ci ildə müəllimlərin işə qəbulu imtahanindan keçərək Hacıqabul rayonu Kolanı kənd tam orta məktəbinə tarix müəllimi təyin olunmuşam. Ucqar kənd məktəblərində çalışan və yaşı 35-dək olan gənc müəllimlərin əmək haqqına hər ay yüz altımış manat həvəsləndirmə pulu əlavə olunur. Bu məbləğ üç il nəzərdə tutulur. Amma həmin məktəbdə qalıb işlədikdə, bu məbləğ iki il də əlavə olaraq verilir. Ümumilikdə beş il. Mən artıq dörd ildir ki, Kolanı kəndində işləyirəm. 30 yaşım var. Növbəti tədris ili bitdikdən sonra mənim beş illik fəaliyyətim tamam olacaq və mənim əmək haqqıma əlavə olunan yüz altımış manat pul dayandırılacaq. Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə bu barədə müraciət etsəm də, ürəkaçan cavab almamışam. Yeganə ümidim Sizsiniz.
Çox hörmətli və qayğıkeş Mehriban xanim, mənim bu pula böyük ehtiyacım var. Sizdən çox xahiş edirəm, yüz altımış manat həvəsləndirmə pulunun beş il də əmək haqqıma əlavə olunmasında mənə kömək edəsiniz.
Загрузка...
Загрузка...

Xəbər lenti