“MÖHTƏRƏM HAKİMLƏR, PROKUROR VƏ KOLLEQALARIM!" - Azərbaycanda analoqu olmayan məhkəmə "nitqi"

“MÖHTƏRƏM HAKİMLƏR, PROKUROR VƏ KOLLEQALARIM!
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov məhkəmələrdə rastlaşdığı maraqlı hadisələrlə bağlı xatirələrini yazıb. Criminal.az xəbər verir ki, vəkilin Lənkəran Ağır Cinayətlər Məhkəməsində baş vermiş proses haqda qeydlərini təqdim edirik:
BILMİRSƏN GÜLƏSƏN, YOXSA AĞLAYASAN
Özüm də hiss edirəm ki, son günlər əsəblərim çox gərilib. Arada əhvalm məni idarə edir. Bilərəkdən, çox vaxt bilməyərəkdən kimlərinsə xətrinə dəyirəm, üzrlü sayın. İnanın günahın bir hissəsi də məndə deyil, izah edəcəm. Yenə çoxdankı söhbətdi. Qaraşəhərdə yaşayırdıq. Məhləmizdə tay-tuşlarımızdan biri hərbi xidmətə gedirdi, xudmani məclis qurmuşdu. Qonşularımızdan biri məclisə öz dostunu da gətirmişdi. Bu dost məclisdəkilərdən heç birini, o cümlədən də əsgərliyə gedəni tanımasa da özünü çox sərbəst aparır yeyib-içirdi. Məclisin qızgın yerində ayağa qalxdı və sağlıq demək istədi.
Sağlıq belə oldu: "BRATLAR İCƏK, BRAT ƏSGƏRLİYƏ TEZ GEDİB, TEZ GƏLSİN”
Dünən iştirak etdiyim məhkəmə prosesindən sonra bu əhvalat yadıma düşdü. Lənkəran Ağır Cinayətlər Məhkəməsində işə çıxırdım. Təqsirləndirilən şəxslərdən birinə dövlət hesabına verilmiş vəkil üzrlü səbəbdən prosesə gələ bilməmişdi. İş çıxışlar mərhələsində idi. Məhkəmə yeni vəkil dəvət etmişdi. Proses başlayanda həmin vəkil təqsirləndirilən şəxsə təqdim edildi, o, vəkilə etirazının olmadığını bildirdi.
Hakim təzə vəkildən vəsatətinin olub-olmadığını soruşdu. Vəkil bildirdi ki, müdafiə edəcəyi şəxsə bur neçə sual vermək istəyir. Hakim dedi ki, buyur ver suallarını. Hakimə müraciət edib məhkəmənin çıxışlar mərhələsində olmasını və bu mərhələdə sual-cavaba yol verilmədiyini, bunun yalnız məhkəmə istintaqını təzələməklə mümkün olduğunu bildirdim. Hakim səhvini düzəltdi və dedi ki, təzə gələn vəkil sual verə bilməz, çıxış edə bilər. Vəkil hakimdən işlə tanış olmaq üçün vaxt verməsini xahiş etdi. Sədrlik edən dedi ki, hakimlər məzuniyyətə gedir, vaxtları yoxdur, durub çıxış eləsin. Vəkil dedi ki, heç olmasa 15 dəqiqə vaxt verin təqsirləndirilən şəxsdən bir-iki şey soruşum. Məhkəmə sağ olsun ona şərait yaratdı və 15 dəqiqə fasilə elan etdi. Fasilədən sonra vəkil "müdafiə nitqi” söylədi. Çıxışın qısa məzmunu belə idi.
"MÖHTƏRƏM HAKİMLƏR, PROKUROR VƏ KOLLEQALARIM!"
Mən prosesə sonradan qoşulmuşam, çox danışıb vaxtınızı almaq istəmirəm. Müdafiə etdiyim şəxsin ali təhsili var, məktəbdə müəllim işləyir faydalı əməklə məşğuldu, müsbət xarakterizə olunur. Ailəlidi, özünün də 3 uşağı var. Bilirsiniz ki, indi vəziyyət çox ağırdı, bu gün uşaq saxlamaq, ailə saxlamaq çətindi, pulsuzluqdan qiyməti ən aşağı olan siqaret çəkməyə məcburdu. Hakimlər də, prokuror da, vəkil kolleqalarım da işi yaxşı bilir, istintaq da, məhkəmə də uzun müddətdir gedir. Mən bundan sonar yenilik açmayacam, hamınız hər şeyi yaxşı bilirsiniz. Şəxs də özünü təqsirli bilir. Xahiş edirəm onun şəxsiyyətini nəzərə alıb həbslə əlaqədar olmayan cəza verəsiniz”.
Çıxışlardan sonra məhkəmə müşavirəyə getdi və vəkilin "müdafiə etdiyi” şəxsə 4 il altı ay azadlıqdan məhrum etmə cəzası verərək məhkəmə zalında həbs etdi. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdu, mən yazıq hirslənməyim neyləyim. Bu proses barədə fikirlərimi ətraflı yazacam, səbrli olun
…Davamı olacaq
Загрузка...
Загрузка...

Xəbər lenti