"Məzlum insanları şərləməklə qəpik-quruşa tamah salmaq dövlət məmuruna yaraşmaz..."

Загрузка...
Abşeron rayonun, Qobustan kəndində yaşayan Bayramov Habil Əlikram oğlu Qobustan rayon icra şöbəsinin icra məmuru Xəqani Əliyevin tərəfindən mənə qarşı törədilən qanunsuzluqların dərhal qarşısının alınması və dayandırlması tələb edir. Şikayətçi Criminal.az saytına yazıb ki, 2008-ci ildə qardaşı Qürbət Bayramov Abşeron rayon ərazisində cinayət hadisəsi törədib və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə təqsirli bilinərək istintaqa cəlb edilib.
Ə.Bayramov yazır ki, qardaşı Yaşar Bayramovun 4 baş malını tövlədən apardığına görə tutulub: "Oğurlanan malların sahibi Yaşar Bayramov əvvəlcə mənə bildirdi ki, 4 baş malımı gətir qaytar mən də şikayətimi geri götürüm. Mən ona qardaşımın əvəzinə 4 baş mal aparıb həyətinə düşürdüm. O razı olmadı. Qeyd etdi ki, mallarının qiyməti 6000 manatdır, get malları sat pulunu gətir. Mən malları 2700 manta bazarda satıb əlavə 200 manat da qoyub Yaşara verdim. O yenə razılaşmadı. Şişirdilmiş qiymətlə məndən əlavə 3300 manat tələb etdi. O şikayətini geri götürmədi. Qardaşım da 4 il müddətinə həbsə göndərildi. Buna baxmayaraq Yaşar mənə qarşı "Pul tələbinə dair” Qobustan rayon Məhkəməsinə iddia ərizəsi verdi.
 
2010-cu ildən 2015-ci ilədək məhkəmə çəkişməsi getdi. İş 3 dəfə Ali Məhkəmədən qaytarıldı. Və yenə də Sumqayıt Apellyasiya məhkəməsi işin əsassız olduğunu təsdiq etdi. Aradan 3 il keçdikdən sonra Qobustan rayon İcra şöbəsindən icra məmuru Xəqani Əliyev adlı birisi 1 ay əvvəl mənə zəng edərək bildirdi ki, sən təcili Yaşar Bayramova olan 3300 manat pulu 100 faiz ödəməlisən. Mən onu başa saldım ki, axı bu məsələyə məhkəmədə birdəfəlik xitam verib, bu necə olur? İzah etdi ki, Y.Bayramov səni yenidən Qobustan rayon Məhkəməsinə verib 3300 manat pul tələb edib. Sən məhkəmədə iştirak etməsən də hakim qiyabi qətnamə qəbul edib iddianı təmin edib və icra edilməsi üçün bizə göndərib. Mən icra məmuru Xəqanilə görüşdüm, xahiş etdim ki, həmin qətnamənin sürətini bir tərəf olaraq mənə versin. Etiraz etdi ki, məndə yoxdur. Əvəzində o telefonda hansısa sənəd mənə göstərdi. Mən bir çoban olduğuma görə icra məmuruna bildirdim ki, telefonda bu sənədi oxuya bilmirəm. Qeyd etdi ki, əgər gedib bu qətnaməni məhkəmədən istəsən səndən 500 manat alacaqlar. Yaxşısı budur ki, pulun hamısını təcili ödə. Mən etiraz etdim ki, bir dəfə məhkəmənin baxdığı işə yekun qətnamə verilibsə, ikinci dəfə eyni tələblə iddia vermək qanunsuzluqdur. Xəqani Əliyev mənimlə razılaşmadı. Başa düşdüm ki, icra məmuru iddiaçı olmuş Y.Bayramovla gizli sövdələşərək məni qorxutmaqla 3300 manat pulumu alıb bölüşdürmək istəyirlər".
"Aradan 1 həftə keçməmiş Xəqani mənə bildirdi ki, səni polisə vermişəm. Qoy səni tutub məcburi gətirsinlər ki, pulu tam ödəyəsən. İndi Xəqani bir tərəfdən, polislər də bir tərəfdən məni axtarmaqla məşğuldurlar. Qoymurlar ki, gedib nökərçilik edib evdəki 4 uşağa quru çörək gətirm. Adam kimi daxmama gələ bilmirəm. Digər tərəfdən mənə qəsdən imkan verilmir ki, Qobustan rayon məhkəməsinin əsassız qətnaməsini əldə edib, apellyasiya şikayəti verim. Prezident və Mehriban xanıma üz tuturam! Xəqani Əliyevin mənə qarşı tətbiq etdiyi əsassız və qurama qanunpozuntusu hallarına qəti etirazımı bildirir və sizlərə güvənərək xahiş edirəm ki, mənim 4 azyaşlı övladımın olmasını, özümün və həyat yoldaşımın işsiz olmasını, çox pis iqtisadi durumda yaşadığımızı nəzərə alaraq Qobustan icra məmurunun mənə qarşı planlaşdırdığı özbaşnalığı və ciddi qanunpozuntusu hallarının dərhal qarşısının alınması üçün ədliyyə naziri Fikrət Məmmədova tədbir görməsi üçün göstəriş verəsiniz. Axı bizi kimi məzlum insanları şərləməklə əlimizdə olan qəpik-quruşa tamah salmaq dövlət məmuruna yaraşmaz. Qoy bu harınlar gəlib yaşadığım daxmaya baxsınlar. Əgər burada bircə qiymətli əşya tapa bilsələr götürüb aparsınlar. Qobustan rayon Məhkəməsində mənə bildiriş göndərilmədən eyni pul tələbilə bağlı iddianı yenidən təmin edən hakimin də şəxsiyyətinin araşdırılaraq barəsində inzibati tənbeh verilməsini xahiş edirəm"-deyə şikayətçi qeyd edib. 

Загрузка...
Загрузка...

Xəbər lenti