Məşğulluq Mərkəzinin qoyunlu oyunları - film kimi fırıldaq

19 Noyabr 2018, 10:45
19 Noyabr
2018
10:45
477
Загрузка...
Vətəndaş Ariz Dəmirov: "Mənə məşğulluq adı ilə kor, dişləri olmayan 21 qoca qoyun veriblər”
Goranboyun Ərizalı kənd sakini Ariz Qnyaz oğlu Dəmirov ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qoca olmasından şikayətçidir. "Yeni Müsavat”ın redaksiyasına gəlib, üzləşdiyi problemlə bağlı danışan Ariz Dəmirov deyir ki, 2015-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz kimi qeydiyyata götürülüb.
"3-cü qrup əliləm, bacım Fəridə 2-ci qrup əlildir. Anam Firuduz şəhid bacısıdır. 3 il gedib-gəldim, iş vermədilər. Məşğulluq Mərkəzinin müdiri Nicat Məmmədov deyirdi ki, iş yoxdur. Vəziyyətimiz olduqca ağırdır. Məni özünüməşğulluq proqramına yazdı. 1 ay Goranboyda Qocalar evində qoyun saxlamaqla bağlı təlim keçdilər, axırda da mənə qoca, əldən düşmüş qoyunları verdilər, dövlətə də guya 4 min manatlıq qoyun verilməsi haqda hesabat yazdılar” - deyə şikayətçi bildirib.
Onun sözlərinə görə təlimdə onlara yanı balalı qoyun veriləcəyi, həmin balaları böyüdüb satmaqla sığortaya pul ödəyəcəkləri bildirilib, heyvan saxlamağın qaydaları haqda dərs keçilib:
"2018-ci ilin oktyabrın 28-də gecə 10-un yarısında qapı döyüldü, çıxdm ki, bir maşındır, özünüməşğulluqdan da Aydın adlı nümayəndə gəlmişdi. Mənə 21 qoyun veriləcəyini dedilər. Maşından 20 arıq, əldən düşmüş qoyun endirdilər, 1 də erkək qoç adı ilə çəlimsiz bir quzu qoyub getdilər. Səhər oldu, heyvanlara bir də baxdım. Gördüm ki, qoyunlar qocadır, ağızlarında dişləri belə yoxdur. Elələri var ki, gözləri görmür. Boyunlarına ip bağlayıb gəzdirməkdən bezmişəm. Qonum-qonşu qoç adı ilə verdikləri çəlimsiz quzunun südyanığı olduğunu deyirlər. Qoyunların eləsi var, qocalıqdan tükləri tökülüb. Aralarında ayağı şikəst olanı da vardı, mənə verəndən 2 gün sonra səhər baxdım ki, tövlədə ölüb. Qabaqlarına ot qoyuram, üzümə baxıb mələyir, yemirlər. Ağızlarında dişləri yoxdur axı ot yeyə bilsinlər”.
Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini deyir: "21 qoyunun cəminin ağzında 21 diş yoxdur. Mənə qoyunları təhvil verəndən sonra Nicat Məmmədova zəng elədim. Dedim ki, mənə nimdaş, qoca qoyunlar verilib, gözləri görmür, ot yemirlər. Cavab verdi ki, qoyunları sənə nazirlik verib, məni narahat eləmə. Məcbur olub nazirliyə getdim. Orada Elnur adlı əməkdaşa başıma gətirilən oyunları danışdım. O da dedi ki, ağlın olaydı, qoyunları alanda sənədlərə qol çəkməyəydin. Dərdimi kimə deyim, bilmirəm”.
Şikayətçi sənədlərdə 21 qoyunun 4 min manat olması haqda qeyd olmasına rəğmən faktiki qiymətlərinin qat-qat ucuz olduğunu deyir: "Halbuki bazara həmin 21 qoyunu aparsaq, maksimum 400-500 manat zorla verən olar.
Yeriyə bilmirlər, ağızlarında diş yoxdur, gözləri görmür. Qoyunu qucağıma alıb axura, su qabına yaxın aparıb yerə qoyuram. Qoyunlar o qədər qocalıb əldən düşüblər ki, 2 qoyunu qucağıma alıb yem qabına, su qabına yaxın apara bilirəm. Qoca qoyunlardır, gəzməyə halları yoxdur. Qonum-qonşunun qoyunları mənə verilən qoyunların yanında dana kimi görünürlər. Qonşu 2 qoçu aparıb bazarda satsa, mənə verilən 21 qoyundan artıq pul alar. Adını qoyublar ki, guya mənə yerli cins qoyun verilib. Yerli cins elə qoyun yoxdur. Yerli cinsdən olan qoyunlar hündür, ətli-canlıdırlar. Mənə verilən qoyunlar isə canlı skletlərdir".
Şikayətçi nazirdən kömək istəyir: "Nazirdən xahiş edirəm ki, bu işə əncam çəksin, mənə yerli cinsdən olan qoyunlar versinlər”.
Dünən bazar günü olduğundan ƏƏSMN-dən mövqe ala bilmədik. Nazirlikdən mövzu ilə bağlı danışmaq istəyən olsa, dinləməyə və çap etməyə hazırıq.





Загрузка...
Xəbər lenti
-
00:38Hacıqabulda: Həyat yoldaşı intihar etdi, xanımı da özünü asdı
-
23:23Məşhur biznesmenin müəmmalı ölümündən 5 ay ötdü
-
21:02"Günah öləndə olur, söyməzdi, vurmazdım"- müdirini öldürənə hökm oxundu
-
20:54Əli Həsənovdan “Neolit” kafesindəki insidentlə bağlı - Açıqlama
-
20:38Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı
-
20:33Azərbaycanlıları təhqir edən Əlixanı Moskvada bu hala saldılar
-
20:25Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
-
20:24Moskvadakı atışma azərbaycanlılarla çeçenlər arasında olubmuş
-
20:20Penitensiar Xidmət: Taleh Bağırzadəyə qarşı hüquqazidd hərəkətlərə yol verilməyib
-
18:13Məhbus ailələrinə yardım edən inanclı fəal həbs olunub
-
18:104 il öncə İŞID-a qatılan ingilis: Peşman deyiləm, amma qayıtmaq istəyirəm
-
14:56Putinin kriminal avtoritetlərlə bağlı planları var
-
14:46Nurəddin Xoca: Mənim Elmar Vəliyev, Etibar Pirverdiyevlə nə düşmənçiliyim ola bilər?
-
14:36“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi
-
14:29Azərbaycanlı biznesmenə silahlı hücum - 100 nəfər əlbəyaxa oldu
-
14:14Dünya çempionu həbs edildi - Arvadını döyüb
-
18:4723 yaşlı gənc: Məni ölməyə qoymayın
-
18:44Azərbaycanda yeni ''ONA'' adlı informasiya agentliyi yaradılır
-
15:31Heydər Əliyev Fondu Bərdədəki kimsəsiz qadını nəzarətə götürdü
-
15:23Əli Abbasovun adamı da həbsdən canını qurtardı - 300 minlik villasını verdi
-
11:42Azərbaycanda dəhşətli qəza - Ürəyi zəif olanlar baxmasın
-
11:22Kamal Cəfərov: Azərbaycanın çirkli pulların yuyulmasına qarşı həm güclü qanunvericiliyi, həm də infrastrukturu var
-
22:28Daha bir kasıba “qotur inək” verilib? - BUYNUZLU KORRUPSİYA DAVAM EDİR
-
22:22Prezident Əliyev Beyləqan sakinləriylə birgə mahnı oxudu
-
22:15'Mənə hörmət edib yatağımdan böyük bıçaq 'çıxartdılar''
-
22:07Köçəryan rüşvət almaqda ittiham olunur
-
19:03''Mən oğlumu vətən yolunda göndərmişdim, özümünkülər öldürdü''
-
15:43Ali Məhkəmə də Fuad Əhmədliyə rədd cavabı verdi
-
15:41Sumqayıt-Bakı qatarı qadını vurub
-
13:35"Gül kələmi"ndə Azərbaycandan pul aparmaq istəyənə 7 il cəza verildi
-
11:40Məmməd İbrahim azadlıqda
-
10:50Oğlunun öldürdüyü qadın haqqında sərxoş rəyi almaq istəyən biznesmen haqqında qərar
-
10:48BDU-nun 1-ci kurs tələbəsi qətlə yetirildi
-
09:23Ağdərədə əsgər Tamazyanın ürəyi partladı, öldü...
-
09:17Eldar Mahmudov ətrafında nə baş verir - əsas fiqurant həbsdən buraxılmadı
-
09:14Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi
-
09:08Prezident İlham Əliyevin müsahibəsi - TAM VİDEO
-
19:07Saxta həkim yenə həbsxanadan qaçdı
-
15:51Azərbaycanın lobbiçisi şərti cəzalandırılıb
-
15:29Söyün Sadıqov həbs olundu
15 Fevral 2019
14 Fevral 2019
13 Fevral 2019
12 Fevral 2019
Digər xəbərlər
-
Manşet, Foto, Korrupsiya
Daha bir kasıba “qotur inək” verilib? - BUYNUZLU KORRUPSİYA DAVAM EDİR
-
Manşet, Foto, Korrupsiya
Məşhur özəl xəstəxana rəsmən sabiq nazirin tabeçiliyinə keçdi
-
Manşet, Foto, Korrupsiya
Belarusluları heyrətə gətirən otel Azərbaycanın hansı nazirinindir?
-
Sənəd, Manşet, Foto, Korrupsiya
21 yaşlı məmur oğlunun biznesi Londonda parladıqca, Bakı çökür...
-
Sənəd, Manşet, Foto, Korrupsiya
"Kiçik padşah"ın Azərbaycandan etdiyi talanlar
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Azərbaycanın Avropadakı səfirinin biznesi ifşa edildi - Elman Rüstəmovun kürəkəni ilə ortaqdır...
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Kəmaləddin Heydərovun Almaniya biznesi: Qara kürü ölkədən necə çıxarılırdı?
-
Foto, Korrupsiya
AzTV-nin sabiq sədrinin Ukraynadakı biznes imperiyası
-
Manşet, Foto, Korrupsiya
Prezident Administrasiyasının sabiq şöbə müdiri Almaniyada da biznes qurub