"Məsləhət gördü ki, yazmamışdan əvvəl cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm"

06 İyun 2020, 23:20
06 İyun
2020
23:20
1952
Tanınmış vəkil Adil İsmayılov Azərbaycandakı sovetdən qalma agent şəbəkəsi haqda müdhiş faktlar açıqlayıb. Criminal.az vəkilin həmin yazını təqdim edir.
Bir neçə dəfə 1990-cı illərin əvvəllərində baş verən, iştirakçısı olduğum hadisələrlə bağlı yazmağa söz versəm də əməl etməmişəm. Səbəblər çox müxtəlifdir, hər dəfə nəsə qarşımı kəsir, tərəddüd edirdim. Sülhəddin Əkbərin çıxışını dinlədikdən sonra yenidən yazmaq qərarına gəldim...
...90-cı ilin əvvəllərində prokurorluğun əməkdaşı idim, heç bir ictimai-siyasi fəallığım, xalq hərəkatına, müstəqillik uğrunda mübarizə aparan gizli təşkilatlara heç bir aidiyyatım yox idi, mitinqlərdə iştirak etmirdim. Amma ölkədəki vəziyyət də məni qane etmirdi.
1991-ci ilin sentyabr ayında QKÇP-dən dərhal sonra respublika prokurorluğunda tutduğum xüsusi ilə mühüm işlər üzrə müstəntiq vəzifəsindən öz xahişimlə azad edildim.
Noyabr ayında vəkillər kollegiyasının üzvü oldum. İlk işlərimdən biri, bəlkə də birincisi DTK-nın həbs edilmiş və ağır cinayətlər törətməkdə ittiham edilən podpolkovnik rütbəli şöbə rəisinin müdafiəsi oldu. Yeri gəlmişkən, iş belə gətirdi ki, bundan sonra respublikanın həyatında mühüm əhəmiyyəti olan əksərn hay-küylü işlərdə vəkillik etmişəm (Xüsusi ilə mühüm işlər üzrə vəkil).
Qeyd etdiyim işlə bağlı müvəkkilimin danışdıqlarından sonra 1990-cı il yanvar faciəsini, bu faciə ərəfəsində və ondan bilavasitə sonra baş verənləri müstəqil araşdırmaq qərarı verdim və bir neçə ay ərzində xeyli məlumat topladım. Əldə etdiyim məlumatların bir hissəsini əsasən 1991-ci ilin oktyabr ayında fəaliyyətə başlayan, əməkdaşlıq etdiyim "MÜXALİFƏT" qəzeti və bir sıra digər qəzetlər, o cümlədən "FEMİDA" qəzeti dərc edirdi.
Məhz bu yazılarım telestudiyanın enerji blokunun partladılması və Əjdər Xanbabayevin qətlə yetirilməsi barədə cinayət işləri üzrə istintaqın əsas istiqamətini müəyyən etdi. Məlumatların bir hissəsi DTK-nın AXC üzvləri ilə apardığı işlərlə, cəbhəçilərdən bəzilərinin DTK ilə əməkdaşlıq etməsi ilə bağlı idi. Çox maraqlıdır ki, 1992-ci ildə cəbhənin hakimiyyətdə olduğu vaxt Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti mənim barəmdə KİV-lərdə "istintaq sirrini yaydığıma görə" xüsusi qərar çıxarıb VK-ya göndərdi. Bu il yanvar ayının 24-də ölkədə 30 il əvvəl 1990- cı ildə baş vermiş bir sıra qətllər barəsində status paylaşdım.
Yazmışdım ki, "Əjdər Xanbabayev 30 may 1990-cı ildə qətlə yetirildi. Bundan bir neçə ay sonra 26 sentyabr 1990-cı ildə AXC-nin təşkilat şöbəsinin müdiri Arif Abdullayev öz mənzilində qətlə yetirildi. Onun ölümündən bir müddət sonra hakimiyyətə gələn cəbhəçilər bu qətlin açılmasına təşəbbüs göstərmədilər... " Sual vermişdim ki, Görəsən niyə?
Statusa cəbhəçilərdən yalnız bir nəfər Xalq Cəbhəsinin yaradıcılarından olan hörmətli Hikmət Hacızadə reaksiya və şərh verdi, açığı başqalarının reaksiyasını heç gözləmirdim də.
Hikmət bəy yazırdı: "Adil bəy, sızə yanlış məlumat veriblər. AXC hakimiyyəti vaxtinda bu işlə bağlı xüsusi istintaq qrupu yaradılmışdı və istintaq gedirdi. Əfsus ki, bu qrup çox çalışsa da bu cinayətin nə günahkarlarını nə səbəbini aça bilməmişlər. Görünür ki, bu cinayətdə çox peşəkər qüvvələr iştirak etmişdilər".
Hikmət bəyin həqiqətən məlumatı olub-olmamasını öyrənmək üçün onunla görüşdüm. Məlum oldu ki, yazdıqlarım cəbhənin yaradıcılarından biri kimi onu məyus edib, amma iş barəsində demək olar ki, bilgisi yoxdur. Hikmət bəy məsləhət gördü ki, nəsə yazmamışdan əvvəl həmin dövrdə hakimiyyətdə mühüm post tutan cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm.
DAVAMI OLACAQ
Xəbər lenti
-
21:50İcra başçısına 20 min rüşvət verən icra nümayəndəsi jurnalistin məhkəməsinə gəldi - hakim danışmağa imkan vermədi
-
11:29Vəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb
-
11:26Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal
-
11:236 aylıq komadan sonra şəhid oldu...
-
11:20Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
19 Aprel 2021
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Manşet, Dosye
Cəmiyyəti sarsıdan “Tərtər işi”nin istintaqının yenidən araşdırıla bilər - GƏLİŞMƏ HADISE
-
Manşet, Dosye
Rail Rzayev hansı generalın iştirakı ilə öldürülüb?
-
Manşet, Dosye
Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
Manşet, Dosye
“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
Manşet, Dosye
"Məsləhət gördü ki, yazmamışdan əvvəl cəbhəçilər, xüsusən də Sülhəddin Əkbərlə mütləq görüşüm"
-
Manşet, Dosye
“AKİF BABA” VƏ “ŞREK” – Eldar Mahmudova “piyaniska” deyir, Ramiz Mehdiyevi lənətləyirlər...
-
Manşet, Dosye
"Dustaqlar deyirdi ki, Çovdarovu "sever"ə aparıb, üzdəniraq edəcəyik!" - Keçmiş müstəntiq "Akif baba" haqda yazır
-
Manşet, Dosye
Eldar Mahmudovun ABŞ səfirinə dedikləri: “Elmar Hüseynov həmin nazirdən 2 milyon dollar tələb edib və elə buna görə öldürülüb”
-
Manşet, Dosye
Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətin arxasında kim durur? - SABİQ TƏHLÜKƏSİZLİK ZABİTİNDƏN SENSASİON YAZI