Məşhur terror təşkilatının lideri Türkiyədədir

Məşhur terror təşkilatının lideri Türkiyədədir
Загрузка...
Suriyada fəaliyyət göstərən "Hayat Tahrir eş-Şam" (Nusra) lideri Əbu Məhəmməd əl-Cevlani Türkiyədədir. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. İddiaya görə, gerçək adı Əhməd Hüeyn əl-Şara olan Suriyadakı müxalifət döyüşçülərinin komandiri Antakyadakı bir xəstəxanaya yerləşdirilib.
Xəstəxanadakı mənbənin verdiyi məlumata görə, əl-Cevlani bazar ertəsi İdlibdəki bir partlayışda başından ağır yara alıb. Hazırda o, Antakya Dövlət Xəstəxanasında müalicə olunur və vəziyyəti ağırdır.
"Sputnik" xəbər verir ki, Əsəd rejiminə qarşı mübarizə aparan müxalif döyüşçülərin komandirlərindən biri olan əl-Cevlaninin başına dəyən qəlbə beyin silkələnməsinə səbəb olub. O, hazırda komadadır. Əl-Cevlaninin lideri olduğu "Hayat Tahrir eş-Şam" təşkilatı 2011-ci ildə Halepdə yaradılıb və Bəşər Əsədə qarşı mübarizə aparır. Təşkilatın mərkəzi İdlibdə yerləşir. 2011-ci ildə qrupun 25, 2012-ci ildə 50, bir il sonra 83 üzvü olub. "Hayat Tahrir eş-Şam" Azad Suriya Ordusu və "Əl*Nursa Cəbhəsi" tərəfindən müxalif qrup adlandırılsa da, bir çox Qərb dövləti tərəfindən terrorçu təşkilat elan olunub.
"Hayat Tahrir eş-Şam" 2012-ci ildə Suriya İslam Cəbhəsi adı altında digər müxalif qruplara birləşib və 2013-cü ilin noyabrında İslami Cəbhənin qurulmasına liderlik edib. 2013-cü ilin sentyabr və noyabr aylarında İŞİD terror təşkilatı anlaşılmazlıq səbəbindən bu təşkilatın iki komandirini öldürüb. Həmin ilin dekbarında İŞİD-lə Haleb çöllərində ağır döyüşlər baş verib. 2015-ci ildə isə "Hayat Tahrir eş-Şam" İŞİD və Əsədə qarşı mübarizə aparan digər təşkilatlarla koalissiya yaradıb. ABŞ-ın Suriyadakı sabiq səfəri Robert Stepen Ford Türkiyənin "Hayat Tahrir eş-Şam"a dəstək verdiyini açıqlamışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti