4 erməni azərbaycanlı iş adamını öldürdü, maşınını yandırdı

4 erməni azərbaycanlı iş adamını öldürdü, maşınını yandırdı
Загрузка...

Peterburqda bu ilin sentyabrında yoxa çıxmış Azərbaycan vətəndaşının dörd erməni tərəfindən vəhşicəsinə öldürüldüyü üzə çıxıb.

Criminal.az virtualaz.org saytına istinadən xəbər verir ki, 39 yaşlı Azərbaycan vətəndaşının yoxa çıxdığı haqda polisə onun milliyyətcə rus olan arvadı məlumat verib. Rusiya İstintaq Komitəsi müraciətdən üç gün sonra həmin şəxsin qətli ilə bağlı cinayət  işi qaldırıb.

Bu günlərdə işin üstü açılıb və bizneslə məşğul olan Azərbaycan vətəndaşını öldürməkdə şübhəli bilinən 4 erməni tutulub. Onlardan biri Ermənistan vətəndaşıdır, qalanlarının Rusiya vətəndaşlığı var.

Məlum olub ki, sentyabrın 14-də gecə saat 1 radələrində həmin ermənilər Leninqrad vilayətinin Puşkino şəhərindəki restoranda milli zəmində baş verən münaqişə zamanı azərbaycanlını döyüblər.

Daha sonra ermənilər Azərbaycan vətəndaşını ona məxsus olan və Moskva dövlət nömrə nişanlı “Volkswagen Touareg” avtomobilinin baqajına qoyaraq Tosnensk rayonu, Krasnıy Bor qəsəbəsi yaxınlığındakı çölə aparıblar. Orada ermənilərdən biri Azərbaycan vətəndaşını 13 bıçaq zərbəsi ilə öldürüb. Qalan üçü isə cəsədi basdırıb və avtomobili yandırıb.

İstintaq orqanlarından bildiriblər ki, cəsədin yeri müəyyən edilib və çıxarılıb. Şübhəlilərdən ikisinin barəsində həbs-qətimkan tədbiri seçilsə də qalan ikisi başqa yerə getməmək barədə iltizam alınaraq buraxılıb.

Criminal.az

Xəbər lenti