Məşhur futbolçu da Bakıda mənzil fırıldağının qurbanı olub

26 Noyabr 2018, 11:43
26 Noyabr
2018
11:43
354
Загрузка...
Bakıda bir mənzili bir neçə nəfərə sataraq dələduzluq edən və ümumilikdə 58 nəfərə zərər vuran şəxslərin məhkəməsi keçirilib. Məhkəmə prosesində məlum olub ki, zərərçəkmişlər arasında tanınmış futbolçulardan Rahid Əmirquliyev də var.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmişlər ifadə verib.
İlk zərərçəkmiş kimi dindirilən şəxs "Qarabağ”ın tanınmış sabiq futbolçusu, hazırda "Səbail” klubunda forma geyinən Rahid Əmirquliyev olub. Onun aldığı iki mənzilin başqa şəxslərə satıldığı üzə çıxıb.
R.Əmirquliyev ifadəsində göstərib ki, mənzil almaq üçün bir neçə tikinti şirkəti ilə maraqlanıb. Yasamalda tikilən binadakı mənzillərlə maraqlandığını deyən Əmirquliyev "Bakı” MTK-nın elanları ilə rastlaşdıqdan sonra oradan mənzil almağı qərarlaşdırdığını deyib.
"Həmin MTK-ya getdim. Mənzillərə özüm baxdım. Evləri MTK-nın rəhbəri Emil Məhərrəmovdan almışam. Pulu da ona vermişəm. İndi də ondan şikayətçiyəm” - deyə Əmirquliyev bildirib.

Amma dövlət ittihamçısı xatırladıb ki, Əmirquliyev istintaqda fərqli ifadə verib. Belə ki, o, istintaqdakı ifadəsində evləri alarkən Eynur Xudiyevlə tanış olduğunu, mənzillərə onunla baxdığını, onun vasitəsi ilə pulu verdiyini deyib.
Bu xatırlatmadan sonra Rahid Əmirquliyev bildirib ki, hadisənin üzərindən uzun müddət keçdiyi üçün bəzi məqamları dəqiq xatırlamır. Amma o, istintaqda dediklərini də təsdiq edib.
R.Əmirquliyev ifadəsinin davamında qeyd edib ki, iki mənzil də hazır olub: "Mənzillərdə kirayşinlər var idi. Mən də evi kirayəyə verəcəkdim. Ona görə də dedim ki, kirayədə yaşayanları çıxarmasınlar. İki mənzilin də pulunu tam olaraq ödədim. Sonradan məlum oldu ki, evin bir neçə sahibi var. Evi 550 manata kirayəyə vermişdim. Eynur 3 ay mənə 550 manatdan kirayə pulu vermişdi”.
Futbolçunun ifadəsindən məlum olub ki, hazırda həmin mənzillərdə ayrı şəxslər yaşayır. Ona dəymiş ümumi zərər 150 min manatdan çoxdur.
Məhkəmədə daha bir neçə nəfər zərərçəkmiş ifadə verib. Zərərçəkmiş Mətanət Həmidova dindirilən zaman göz yaşlarını saxlaya bilməyib. Söyləyib ki, bu mənzil hadisəsindən sonra övladının nişanı qaytarılıb. 103 min manat pul verdiklərini və aldadıqlarını deyən Mətanət Həmidova çarəsiz durumda olduqlarını söyləyib: "Mən ev almaqdan qorxurdum. Yeni tikilənlərdən almadıq ki, bizi aldadarlar. Bu ev hazır idi, hətta kirayəşini var idi. Dedik ki, toya qədər təmir edəcəyik. Elə o vaxta qədər də kirayəyə verək. Aylıq 700 manat ödəməli idilər. Sonra məlum oldu ki, ev başqa şəxslərə də satılıb. Oğlumun 29 yaşı var. Biz çox çətin haldayıq. Nə edəcəyimizi bilmirəm. Xahiş edirəm, bizə kömək edin”.
Eynur Xudiyev suallara cavabında Mətanət Həmidovanı aldatdığını təsdiqləyib. Bildirib ki, yalandan mənzilin öz adına olduğunu deyərək onu yenidən Mətanət Həmidovaya satıb. Amma Eynur Xudiyev deyib ki, bu işlərin başında Emil Məhərrəmov dursa da o, məsuliyyətə cəlb edilməyib.
Xatırladaq ki, təqsirləndirilənlərdən Çingiz Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub.
İttiham akıtına əsasən, "Bakı” MTK-nın vəzifəli şəxsləri Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.
Belə ki, onlar vətəndaş Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 6 nömrəli binanın 6-cı mərtəbəsində yerləşən 68 kvadratmetrlik mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar.
Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar.
Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.
Загрузка...
Xəbər lenti
-
15:44Azərbayanın məşhur məmuru Avropada hamam xalatı satdırır
-
15:08Ombudsman Aparatının əməkdaşları təcridxanada jurnalistlə görüşüb
-
14:00''Taleh Bağırzadə xahişimizi nəzərə alıb aclığı dayandırdı''
-
13:58Bakıda kütləvi maliyyə fırıldağı – “Zərərçəkmişlərin sayı yüzlərlədir”
-
00:38Hacıqabulda: Həyat yoldaşı intihar etdi, xanımı da özünü asdı
-
23:23Məşhur biznesmenin müəmmalı ölümündən 5 ay ötdü
-
21:02"Günah öləndə olur, söyməzdi, vurmazdım"- müdirini öldürənə hökm oxundu
-
20:54Əli Həsənovdan “Neolit” kafesindəki insidentlə bağlı - Açıqlama
-
20:38Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı
-
20:33Azərbaycanlıları təhqir edən Əlixanı Moskvada bu hala saldılar
-
20:25Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
-
20:24Moskvadakı atışma azərbaycanlılarla çeçenlər arasında olubmuş
-
20:20Penitensiar Xidmət: Taleh Bağırzadəyə qarşı hüquqazidd hərəkətlərə yol verilməyib
-
18:13Məhbus ailələrinə yardım edən inanclı fəal həbs olunub
-
18:104 il öncə İŞID-a qatılan ingilis: Peşman deyiləm, amma qayıtmaq istəyirəm
-
14:56Putinin kriminal avtoritetlərlə bağlı planları var
-
14:46Nurəddin Xoca: Mənim Elmar Vəliyev, Etibar Pirverdiyevlə nə düşmənçiliyim ola bilər?
-
14:36“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi
-
14:29Azərbaycanlı biznesmenə silahlı hücum - 100 nəfər əlbəyaxa oldu
-
14:14Dünya çempionu həbs edildi - Arvadını döyüb
-
18:4723 yaşlı gənc: Məni ölməyə qoymayın
-
18:44Azərbaycanda yeni ''ONA'' adlı informasiya agentliyi yaradılır
-
15:31Heydər Əliyev Fondu Bərdədəki kimsəsiz qadını nəzarətə götürdü
-
15:23Əli Abbasovun adamı da həbsdən canını qurtardı - 300 minlik villasını verdi
-
11:42Azərbaycanda dəhşətli qəza - Ürəyi zəif olanlar baxmasın
-
11:22Kamal Cəfərov: Azərbaycanın çirkli pulların yuyulmasına qarşı həm güclü qanunvericiliyi, həm də infrastrukturu var
-
22:28Daha bir kasıba “qotur inək” verilib? - BUYNUZLU KORRUPSİYA DAVAM EDİR
-
22:22Prezident Əliyev Beyləqan sakinləriylə birgə mahnı oxudu
-
22:15'Mənə hörmət edib yatağımdan böyük bıçaq 'çıxartdılar''
-
22:07Köçəryan rüşvət almaqda ittiham olunur
-
19:03''Mən oğlumu vətən yolunda göndərmişdim, özümünkülər öldürdü''
-
15:43Ali Məhkəmə də Fuad Əhmədliyə rədd cavabı verdi
-
15:41Sumqayıt-Bakı qatarı qadını vurub
-
13:35"Gül kələmi"ndə Azərbaycandan pul aparmaq istəyənə 7 il cəza verildi
-
11:40Məmməd İbrahim azadlıqda
-
10:50Oğlunun öldürdüyü qadın haqqında sərxoş rəyi almaq istəyən biznesmen haqqında qərar
-
10:48BDU-nun 1-ci kurs tələbəsi qətlə yetirildi
-
09:23Ağdərədə əsgər Tamazyanın ürəyi partladı, öldü...
-
09:17Eldar Mahmudov ətrafında nə baş verir - əsas fiqurant həbsdən buraxılmadı
-
09:14Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi
15 Fevral 2019
14 Fevral 2019
13 Fevral 2019
Digər xəbərlər
-
Məhkəmə
"Günah öləndə olur, söyməzdi, vurmazdım"- müdirini öldürənə hökm oxundu
-
Məhkəmə
Nurəddin Xoca: Mənim Elmar Vəliyev, Etibar Pirverdiyevlə nə düşmənçiliyim ola bilər?
-
Məhkəmə
Əli Abbasovun adamı da həbsdən canını qurtardı - 300 minlik villasını verdi
-
Məhkəmə
Ali Məhkəmə də Fuad Əhmədliyə rədd cavabı verdi
-
Məhkəmə
"Gül kələmi"ndə Azərbaycandan pul aparmaq istəyənə 7 il cəza verildi
-
Manşet, Məhkəmə
Məmməd İbrahim azadlıqda
-
Məhkəmə
Oğlunun öldürdüyü qadın haqqında sərxoş rəyi almaq istəyən biznesmen haqqında qərar
-
Manşet, Məhkəmə
Eldar Mahmudov ətrafında nə baş verir - əsas fiqurant həbsdən buraxılmadı
-
Məhkəmə
Azərbaycanın lobbiçisi şərti cəzalandırılıb