Məşhur azərbaycanlı avtoritetin sənətçilərlə qəribə dostluğu

10 Avqust 2018, 15:18
10 Avqust
2018
15:18
4164
Bəhram Çələbi
AzVision.az üçün
Dosye:
Ağababa Musa oğlu Babayev ("Doktor”)1926-cı il dekabrın 15-də Bakıda anadan olub. 1944-cü ildə hamının "haramzadə”, "qırmızısifət” adlandırdığı sahə inspektorunun növbəti insafsızlığına dözməyərək, onu "Sovet” və "Şors” küçələrinin kəsişdiyi yerdəki mağazanın qarşısında əzişdirir, tabel silahını əlindən alır. Çoxsaylı şahidlərin milis leytenantının təqsirkar olduğu haqda verdikləri izahat və ifadələrə baxmayaraq, məhkəmə Ağaya 4 il iş kəsir.
Üç ay Bayıl və paylama məntəqəsindəki kameralarda oturduqdan sonra onu Lənkərandakı "Nadir şah”qazamatına etap edirlər. Atası Musa kişinin Moskvada Kalininlə görüşündən sonra Ağababanın islah cəzası hərbi xidmətlə əvəzlənir.
Semipalatinsk hərbi hissəsində yeni gəlmiş "salabonlar”la "dedlər” arasında elə həmin gün dava düşür. Əyninə hərbi formanı keçirməyə macal tapmayan Ağababa xəstəxana xələti geyinməli olur. Lazaretdə qaldığı dörd ay müddətində bir neçə dəfə yoxlama komissiyası keçirilir və Ağabala komissovat olunur.
1946-54-cü illər arasında 16 nəfərlik "təcili yardım” dəstəsinə başçılıq edən "Doktor Ağoppa” həbs olunur. İstintaq zamanı aydın olur ki, o, 1947-ci ildə Dənizkənarı bulvarda türmə rəisinin müavinini güllələyib və qaçıb. 10-cu koloniyada oturduğu zaman qaldırdığı "zamorozkaya” görə, Moskvanın "Butırka” qazamatına göndərilib. Sonradan Vorkuta, Arxangelsk, Solikamsk, İrkutsk düşərgələrində islah olunub.
1960-cı ildə Bakıya etap olunub və amnistiya nəticəsində azadlığa buraxılıb. 1996-cı ildə vəfat edib.
Ağababanın söhbətlərindən:
- Əgər siz əsəbi vəziyyətdə bir-iki yağlı ifadə işlədərsinizsə, bununla ürəyinizi boşaldaraq, yüngüllük tapacaqsınız. Bəs sizin həmsöhbətinizin halı necə olacaq? Ləzzəti o da sizinlə bölüşəcəkmi? Döyüşkən tonunuz və düşməncəsinə münasibətiniz şəraitində sizinlə razılaşmaq ona daha asan gələcəkmi? "Əgər siz mənim yanıma düyünlənmiş yumruqlarla gəlsəniz,- demişdi Sali Süleyman,- düşünürəm ki, mənim yumruqlarım da sizinkilər kimi bərk düyünlənəcək, lakin siz mənim yanıma gəlib desəniz ki, "Gəlin əyləşək və danışaq, baxışlarımız haçalananda isə, nə üçün haçalandığını və haçalanmanın nədən ibarət olduğunu başa düşək”,- onda biz tezliklə aşkar edəcəyik ki, bir-birimizdən elə də uzaq deyilik, aşkar edəcəyik ki, bizim fikirlərimizin üst-üstə düşdüyü bəndlər daha çoxdur. Razılığa gəlmək üçün bizim səbrimiz, səmimiliyimiz, istəyimiz bəs edərsə, onda razılığa gələcəyik”.
Bu sözlərin nə qədər doğru olduğunu Hacı Zeynalabdin Tağıyevdən yaxşı heç kəs bilmir. 1917-ci ildə Tağıyev Bakıda ən çox nifrət olunan (bolşeviklərin təbliğatı sayəsində) adam idi. Qəzəblənmiş, döyüşkən ruhda olan neftçilər əməkhaqlarının artırılmasını tələb edirdilər. Nifrətin hətta havaya da hopduğu bir vəziyyətdə, Tağıyev tətilçiləri öz nöqteyi-nəzərinin düzgün olduğuna inandırmağı qərara alır. Və buna nail oldu. Nə cür?

Sabitlik yaratmaq üçün lazım olan bir necə həftədən sonra Hacı tətilçilərin qarşısında nitqlə çıxış edir. Həmin nitq bütünlüklə bir şedevrdir. Bu nitq, Zeynalabdini udmaqla hədələyən nifrətin gur dalğalarını sakitləşdirdi. Həmin nitq onun çoxsaylı pərəstişkarlarını, əqidədaşlarını meydana çıxardı. Bu nitqdə faktlar o qədər dostcasına təqdim olnumuşdu ki, tətilçilər, uğrunda bu dərəcədə amansızcasına mübarizə apardıqları, əmək haqqının artırılması barədə bir söz belə demədən, işə qayıtdılar.
Xatırladım ki, Tağıyev bundan bir neçə gün qabaq onu neft vışkasının mancanağından asmaq istəyən adamlara müraciət edirdi. Onun nitqi, bu cür ifadələrlə zəngin idi: "Mən fəxr edirəm ki, sizin aranızdayam”, "sizin evlərinizdə olduqdan, sizin həyat yoldaşlarınız və uşaqlarınızla görüşdükdən sonra”, "biz burada yad kimi yox, dost kimi görüşürük”, "qarşılıqlı dostluq ruhu”, "bizim ümumi maraqlarımız”, "mən yalnız sizin lütfkarlığınız sayəsində buradayam”.

- Bu, mənim həyatımda əlamətdar gündür, - deyə, neftxuda nitqinə başladı. – Bu nəhəng kompaniyanın fəhlələrinin görüşündə iştirak etmək xoşbəxtliyi mənə ilk dəfədir nəsib olur. Sizi əmin edə bilərəm ki, burada olduğuma görə qürur duyuram və bu toplantını bütün ömrüm boyu yadda saxlayacağam. Əgər bu görüş iki həftə əvvəl baş tutsaydı, mən burada sizin əksəriyyətiniz üçün yad adam kimi dayanardım və sizlərdən yalnız bir neçə nəfərinizi üzdən tanıya bilərdim. Lakin, keçən həftə qəsəbələrin hamısını gəzmək, sizin evlərinizə baş çəkib, şəxsən söhbət etmək imkanı əldə etdim. Sizin həyat yoldaşlarınız və uşaqlarınızla söhbət etdikdən sonra, mən burada yadlarla olduğu kimi yox, dostlarımla olduğu kimi görüşürəm. Şadam ki, biz bu hadisədən öz ümumi maraqlarımızı məhz qarşılıqlı dostluq ruhunda müzakirə etmək üçün istifadə edəcəyik. Bu toplantı fəhlələrin iclası olduğu üçün mən yalnız sizin lütfkarlığınız sayəsində buradayam...
Ağababanın tostlarından:
- İncəsənət tarixində hələ sağlıqlarında özlərinə əbədi heykəl ucaldanlar, xalq məhəbbətini qazanıb, milyonların sevimlisinə çevrilənlər azmı olub? Dünya xalqlarının sevimlisinə çevrilmiş Motsart, Bethoven, Bax, Şostakoviç, Üzeyir bəy, Qarayev, Bəhlulzadə... və başqalarına bu gün maestro Niyazi də qoşulur. Zahirən arıq, çəlimsiz görünən maetro nəhəng orkestri canlandırıb hərəkətə gətirəndə beynumdə bir fikir dolaşır: "Görəsən, dostumda bunca güc, qüdrət haradandır!? Onun sənətinin mayası sehr, qığılcım, emosiya ilə yoğrulub.

Niyazi evində qonaqlıq verməyi, dostlarını başına toplayıb istirahət etməyi xoşlayırdı. Nazim Hikmət, Arkadi Raykin, Rəsul Həmzətov Bakıya gələndə Maestronun evində təşkil olunuan ziyafətdə Bəxtiyar Vahabzadə, Lütfiyar İmanov, Əbülfət Əliyev, Ağababa, Dağlı Muğbil... Həcər xanımın ətirli plovundan yeyər, kupeçeski çayından içə-içə səhərədək nərd, şahmat oynayardılar.
Həcər xanım əslən iranlı idi və hər dəfə Niyazi: "Həcər, əzizim, axşam qonaqlarım olacaq, yaxşı bir stol tədarükü gör, mütləq plov da olsun”, – deyəndə Həcər xanım: "Gözüm üstə yerləri var. Ancaq sən qardaşım Ağababanı da dəvət etməyi unutma. Onu görəndə qardaşlarım Əli İskəndəri, Rəşidi görürəm...”,- söyləyərdi.
1977-ci ldə Həcər xanım İrana, qohum-əqrəbasını görməyə gedəndə Niyazi demişdi: "Mənim bu səfər üçün lazım olan sənədləri düzəltməyə nə həvəsim, nə hövsələm, nə də vaxtım var... Bu işi Doktora həvalə eləginən...

Ağababanın Niyazi ilə tanışlığı isə belə olmuşdu:
Müharibədən sonra hərbi xidmətin elə birinci günü ruslarla razborkada kontuziya almış Ağababa komissiyadan "hərbi xidmətə yaramır” adıyla Bakıya dönsə də, hər il iki dəfə hospitalda müayinədən keçməliydi. Hospitalda komissiya sədrinin gecikməsi üzündən müayinə nahardan sonraya saxlanılır. Ağababa uzun skamyada növbə gözləyən əsgərlərdən bir neçəsi ilə artıq ünsiyyət yaratmışdı. Bayaqdan yanında əyləşmiş ağbəniz, irigözlü, bəstəboy oğlanı da həyətdəki aşxanada toqqanın altını bərkitməyə dəvət edəndə Fikrət utancaq halda:
- Çox sağ ol qardaş, aclığım yoxdur, - deyir.
- Alə, səhərdən burada oturub cınqıruvu da çıxarmamısan... Necə yəni, aclığım yoxdur? Gedək bizimlə! Elə gündəsən ki, səhədən axşamadək yeməklə vəziyyətüvü səhmana sala bilərsən...- deyərək onun qoluna girib aşxanaya aparır.
Komissiyadan çıxandan sonra Fikrətlə Filarmoniyaya sarı gələrkən etdikəri söhbətdən bəlli olur ki, onun Bakıda yaşamağa mənzili yoxdur, cibində də siçanlar oynaşır. Ağoppa onun başını söhbətə qarışdıraraq, qolun girib öz evlərinə gətirir. Yeyib-içdikdən sonra nə qədər üz vursa da, Fikrət onlarda gecələməyəcəyini bildirir.
- Onda qonşuluqda, Sovetskinin tinində Sarı Səmədin evində kiçik bir otaq var, kirayə verməyə adam axtarırdı... Heç olmasa bir müddət orada yaşaginən, qohumlarını tapanadək...

Gündüzlər hər kəs öz işi ilə məşğul olur, axşamlar görüşürdülər. Ağoppa onu öz dostlarıyla tanış edir, "Torqovı”dakı "Podval”kafesində Hacı Məmmədov, Seyid Şuşinski, Əhməd Bakıxanov, Rza Əfqanlı və başqaları ilə musiqiyə qulaq asa-asa istirahət edirdilər.
İki ay sonra Fikrət axşam kirayə qaldığı mənzilə gəlməyəndə Ağababa çox narahat olur. Saat on bir radələrində Fikrət təngnəfəs, rəngi ağappaq onların evinə gəlir və narahatçılıq üçün üzr istəyərək bildirir ki, bu gündən qohumu Niyazigildə məskunlaşagaq.
Həcər xanıma Ağoppa haqqında, onun ailəsi barədə ilk dəfə Fikrət Əmirov danışıb, onları tanış edib.
Ağababanın ən çox xoşladığı musiqi Fikrətin "Şur” və "Kürd ovşarı” simfonik muğamları idi. O, deyirdi ki, sanki Sebastyan Bax "Şərq üçlüyü” adlanan Cabbar Qaryağdəoğlu, Qurban Primov və Habil Əliyevdən ibarət trionun ifasında "Bayatı-Şiraz”ı dinləyəndən sonra "Tokkata”nı bəstələyib.
Dostu Zakir Mirzəyevin xatirələri:
- Bir gün Ağoppa ilə Ural zonlarında oturan adamlardan bir dəstəsi (altı-yeddi nəfər) Bakıya nara dostunu görməyə gəlirlər... İçərilərində rus, qazax, moldovan, gürcü ... Ağoppa evimizə zəng vurdu:
- Zakir, silahuvu at maşına, tez gəl Nizami kinoteatrının arxasındakı dalandakı restorana...
Məni alqışlarla qarşıladılar. Ağababa ayağa qalxaraq:
- Mən sizə bir söhbət aşmaq istəyirəm,- dedi,- Bu insan şəxsiyyətdir. Zakir Mirzəyevdir, dünyanın hər yerində olub, qarmonçalandır.
Biri gürcü ləhcəsilə soruşdu:
- Doktor, sən hara, musiqi hara?
- Mən əvvəlcə onun atası rəhmətlik Qulamhüseyn kişi ilə dost olmuşam, indi isə Zakirlə can-ciyərik. Əgər o, mənim dostumdursa, deməli, sizin də dostunuz, qardaşınız olacaq. Zakirdə olan əqidə paklığına heyranam. Zakirin hər cümləsi tanrının adı ilə bağlıdır. Onun qarmonda çaldığı "Orta Mahur”a qulaq asanda bədənimdəki tüklər biz-biz dayanır, elə bil içimdəki ağrı-acıları çəkib çıxarır, süd gölünə düşürəm. Bu insan Hollandiyadan tutmuş, Vyetnamadək bir çox ölkələrdə "Tərəkəmə-Şalaxosu” ilə zaldakıların sümüklərini oynadıb. Mən onu düzgünlüyünə, təmizliyinə, işıqlı insan olduğuna görə sevirəm. Onun çalğısında nə isə ilahi bir ruh var. Bu, mənim şəxsi fikrimdir. Ona Vyetnamda fəxri vətəndaş adı verilib. Bu vətəndaşlığı qəbul edəndən sonra Zakir bir qədər də ucaldı və yəqin ki, indi vyetnamın ən hündürboylu adamlarından biridir.

Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Oğru dünyası
Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
Manşet, Foto, Oğru dünyası
“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
Manşet, Cinayət, Oğru dünyası
“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
Oğru dünyası
Rufo Gəncinski "proqon" yaydı: "Nihad Quli" vurulub
-
Manşet, Oğru dünyası
"Lotu Quli"ni tanımayan "Gəncəli Firdovsi"nin atası həbsxanada vəfat etdi - Prokuroru öldürmüşdü
-
Manşet, Foto, Oğru dünyası
Lotu Quli qətlə yetirilərkən yanında olan azərbaycanlı kriminal avtoritet də öldürüldü
-
Manşet, Oğru dünyası
"Qanuni oğru"lar "proqon" yaydı: "İlqar Dmanisski oğru deyil"
-
Oğru dünyası
"Rövşən Lənkəranski"nin düşməninə 8 illik HƏBS CƏZASI
-
Manşet, Foto, Oğru dünyası
Ülfət Tağıyev qayıtdı, Moskva qanqsterlərinə başçılıq edir - ONU ŞƏHƏRDƏ KORTEJİN MÜŞAİYƏTİ İLƏ GEDƏN GÖRÜBLƏR...