"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda

Yerli mediada prezidentin sabiq köməkçisi Əli Həsənovun tutularaq Azərbaycana gətirilməsi ilə bağlı məlumat yayılıb.Criminal.az xəbər verir ki, Əli Həsənov barəsində yayılmış məlumatlara aydınlıq gətirib. Qeyd edib ki, Azərbaycan cəmiyyətini çaşdırmaq məqsədilə onun barəsində mütəmadi olaraq yalan xəbərlər uydurulur. Onun sözlərinə görə, oktyabr ayının 1-dən Bakıdadır və ev şəraitində müalicə olunur.
Sabiq köməkçi əlavə edib ki, hazırda yadadıcılıq fəaliyyətini davam etdirir və onu heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar.

Xəbər lenti