Sabiq nazir: "Məni başqaları ilə səhv salmayın!"

Sabiq nazir:
Загрузка...
Mühacirətdə yaşayan jurnalist Cavanşir Həsənli Çexiyada əmlak biznesində Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifovun xeyli təcrübəsi olması barədə yazısına cavab özünü çox gözlətməyib. Criminal.az xəbər verir ki, jurnalist sabiq nazirin Çexiyada biznesi olmasına işarə edərək bu haqda mətbuata danışmasını məsləhət göreb. 

F.Yusifov cavab olaraq qeyd edib ki, Avropadakı əmlakı övladlarının təhsili ilə bağlı olub:
"Övladlarım 2010-cu ildə bir proqram çərçivəsində Çexiyada təhsil almaq istədilər. Ora gedib gəlməyin - yəni viza almağın daha asan olması üçün Praqada müraciət etdiyimiz hüquq firması bizə bir müəssisə təsis etməyi məsləhət gördü. Biz bu müəssisəni (firmanl) təsis etdik. Lakin bir neçə ay keçməmiş övladlarım daha münasib bir variant tapıb başqa ölkədə təhsil almaq seçimi etdilər.
Bundan sonra biz o firmanın bağlanması barədə qərar verdik. Bizə bu firmanın açılmasında yardımçı olmuş hüquq firmasından öyrəndim ki, Çexiya qanunlarına görə açılmış firmanı bağlamaq mümkün deyil, onu yalnız başqa birisinə ötürmək olar. Bir müddətdən sonra bizim müraciətimiz əsasında bu firmanın başqa bir azərbaycan vətəndaşına satıldığı barədə məlumat aldım.
Sizi tam əmin edirəm və bu sözlərimin arxasınmda dururam: - əgər o firmanın hər hansı bir dövriyyəsini və mənim Çexiyada hər hansı bir əmlakımı ortaya çıxarsanız bunların hamısını həmən sizə hədiyyə edəcəm. SÖZ!!! Məni başqaları ilə səhv salmayın! Unutmayın ki, mən Heydər Əliyev hakimiyyətindən müdafiə naziri Səfər Əbiyevin koorupsiya əməllərini mətbuatda ifşa etdiyimə görə getmişəm".
Загрузка...
Загрузка...

Xəbər lenti