"Erkək üçün 250 manat istəyir" - Deputatlar Sahil Babayevdən ölüvay heyvanların hesabatını tələb etdi

Загрузка...
Özünüməşğulluq korrupsiyası ilə üzləşən vətəndaş növbəti videomüraciətini yaydı. Goranboy rayonu, Əlirzalı kənd sakini Ariz Dəmirov Criminal.az saytına müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinin rəhbər şəxsini rüşvət isətəməkdə ittiham edib:
"Özünüməşğulluq proqramına qoşuldum, mənə qoyunlar verdilər. Bir həfədir şikayət etmişəm ki, heyvanların baş erkəyi yoxdur. Goranboy rayonu Məşğulluq Mərkəzinin rəhbəri Məmmədov Nicat Rizvan oğlu məndən 250 manat istəyir. Əlil adamam, pensiyamı alıb ona verim? Cənab nazirimizdən xahiş edirən bu işə operativ baxsın. Nicat məni polislə hədələyir. Deyir qapına polis gətirəcəm. Bu qoyunlara erkək lazımdır. Erkək olmasa damazlıq olmayacaq, malı artıra bilməyəcəm".
Xatırladaq ki, Ariz Dəmirov bir müddət əvvəl də Criminal.az saytına müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzi tərəfindən verilən qoca qoyunların öldüyünü bildirmişdi. Demişdi ki, özünüməşğulluq proqramı çərçivəsində ona gecəyarısı təhvil verilən qoyunlar qocadır və nazirdən kömək istəmişdi. Ariz Dəmirov dişsiz qoyunların artmayacağını, bu səbəbdən də özünüməşğulluq proqramından onun dolanışığını təmin etməsinin də sual altına düşəcəyini demişdi. Bundan başqa baş erkək lazım olduğunu dilə gətirmişdi. 
Deputatlar da nazirliyin vətəndaşlara qoca və arıq heyvan verməsini tənqid edib
"Özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqlar var. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir”. "Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.
Deputat qeyd edib ki, nöqsanlar aradan qaldırılmalıdır: "Bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır”. Deputat Araz Əlizadə də bu məsələdən narazı olduğunu qeyd edib:
"Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, "heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki... Buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz... İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə heyvanla özünü necə dolandıra bilər?”
Загрузка...
Загрузка...

Xəbər lenti