"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB

Şabran rayon sakini, 11 il polis sıralarında xidmət etmiş Araz Eyvaz oğlu Rzayev daxili işlər naziri Vilayət Eyvazova müracət edib. Araz Rzayev Criminal.az saytına da ünvanladığı müraciətində yazır:
Hörmətli cənab nazir, 2007-ci ildən 2018-i ilədək Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidmətində xidmət aparmışam. Xidmət etdiyim illər ərzində üzərimə düşən vəzifəni vicdanla yerinə yetirmişəm, daim cinayətkarlara qarşı mübarizə aparmışam. Xidmət etdiyim illər ərzində polisin adını uca tutmuşam. Buna baxmayaraq, 2018-ci ilin dekabrında DİO-dan xaric olunmsan.
Səbəb budur ki, post yoldaşım, polis serjanti Fəqan Telman oğlu Abdullayev onkoloji xəstə olduğu üçün ona yardım etmisəm. Həmin gün Fəqan çox ağır durumda idi, məndən kömək istədi. Sərbəst şəkildə sanitar qovşağa gedə bilmirdi. Bizlər yolda qalan, yardım istəyən vətəndaşa köməyə tələsiriksə, öz paqon yoldaşımıza da eyni münasibəti göstərməyə borcluyuq. Mən Fəqana kömək edəndə bunun DİO-dan uzaqlaşdırılmağa səbəb ola biləcəyini heç ağılıma da gətirmədim. Düşünmədim ki, mənə qarşı belə bir münasibət sərgilənər. Xidmət apardığım illər ərzində dəfələrlə təşəkkür almışam. İşimə diqqətlə yanaşmışam.
Cənab nazir, Ürək ağrısı ilə qeyd edirəm ki, Fəqan artıq həyatda yoxdur. O, əziyyət çəkdiyi xəstəlikdən dunyasını dəyişib. Onun da ailəsi çətin durumdadır. Yaşlı valideynləri yeganə oğullarını itiriblər.
Hörmətli nazir, Ailəliyəm, 3 azyaşlı övladım var. Mənim də valideynlərimin hər ikisi yataq xəstəsidir. Heç yerdə işləmirəm. Mənim yenidən xidmətə bərpa olunmağıma köməklik göstərməyinizi Sizdən xahiş edirəm.

Xəbər lenti