"Nazirlərinizin, icra başçılarınızın arvadlarının əməllərindən faktlar yazsam nə edəcəksiniz!"

Загрузка...
"Tfu sizin olmayan namusunuza! Tfu sizin olmayan şərəfinizə! Mənim mobil telefon nömrələrimi özlərinin arvadlarının və qızlarının istifadə etdiyi əxlaqsız saytlara yerləşdiriblər. Sizin arvadlarınızın və qızlarınızın mobil nömrələrini mən də həmin saytlara yerləşdirə bilmərəm, ay tərbiyəsizlər?!".
Bu fikirləri Milli Şuranın üzvü Gültəkin Hacıbəyli "facebook" profilində yazıb.
"Axı siz az qala hər gün mənim telefon danışıqlarımı yayırsınız, bütün günü, 24 saat nəzarətdə saxlayırsınız, diplomatlara söhbətlərimə güdükçülük edirsiniz, ancaq mənə qarşı bircə kiçik kompromat belə tapa bilməmisiniz bu 9 ildə! Kül sizin kişi başınıza! Mən də sizin arvadlarınızın, qızlarınızın telefon nömrələrini bilirəm axı! Hələ üstəlik, çoxunun kimlərlə hansı hoqqalardan çıxdığını da bilirəm! Məsələn, mən sizin hörmətli nazirlərinizin, icra başçılarınızın arvadlarının əməllərindən konkret faktlar yazsam nə edəcəksiniz, ay beyni peyinlər! Sizin yüksək vəzifələrə seçdirdiyiniz, təyin etdirdiyiniz, holdinqlər bağışladığınız sevgililərinizin konkret əməllərindən yazsam, onda nə edəcəksiniz?! Ağlınızı başınıza yığın, ayıbınızın ellə bir olmasını, ölkə ilə bir rüsvay olmağınızı istəmirsinizsə, yığışdırın bu əxlaqsızlığı. Söyüşü siyasətə siz gətirdiniz, ən çox söyülən siz oldunuz, indi uduzacağınız daha çoxdur!".
Xatırladaq ki, bir müddət əvvəl G.Hacıbəylinin ABŞ səfirliyinin diplomatı ilə danışığının səs yazısı yayılmışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti