Məmurun qardaşı gənc polisi maşınla vurub öldürdü Məmurun qardaşı gənc polisi maşınla vurub öldürdü

Məmurun qardaşı gənc polisi maşınla vurub öldürdü
 Şabran rayonunda yolun kənarında dayanan polis əməkdaşı maşın vurması nəticəsində ölüb. Criminal.az DİN-ə istinadən xəbər verir ki, iyulun 6-da saat 01:30-da Şabran şəhərinin ərazisində şəhər sakini Ə. Kərimov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. 
Criminal.az-ın əldə etdiyi məlumata görə, T.Heybətovun ölümünə səbəb olan sürücü qəzadan sonra hadisə yerindən qaçıb. O, Şbran şəhər icra nümayəndəsi Orxan Kərimovun qardaşıdır.
T.Heybətov nişanlı idi, yaxın günlərdə toyu olacaqdı. 



Xəbər lenti