Məmur fəal və bloger Elçin Həsənovu həbs etdirmək istəyir

Məmur fəal və bloger Elçin Həsənovu həbs etdirmək istəyir
Загрузка...
Mingəçevirdə fəal və bloger Elçin Həsənova qarşı cinayət işi açılıb Mingəçevir şəhər məhkəməsində fəal Elçin Həsənovun işi üzrə məhkəmə iclası iyunun 12-nə təyin edilib. Şəhərin Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev xüsusi ittiham qaydasında iddia qaldırıb. O, Həsənovun CM-in 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edir.
İddiaya sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlər səbəb olub. Belə ki, Həsənzadə yaşadığı kirayə mənzildən onu məhz Mustafayevin çıxardığını iddia edir. Həsənzadə həmçinin dəfələrlə yerli məmurları tənqid etdiyinə görə tənqidə məruz qaldığını qeyd edib.
"Təkcə dünən uydurma kiçik xuliqanlıq ittihamı ilə məni 50 manat cərimə ediblər. Guya mən küçədə ünvansız söyüş söymüşəm. Bu, cəfəngiyyatdır", deyə Həsənzadə Criminal.az-a bildirib.
O hesab edir ki, Mingəçevir Məhkəməsi bu işə baxmamalıdır, belə ki, o, Sumqayıt şəhərində qeydiyyatdadır. İddiaçıdan şərh almaq mümkün olmayıb.

Xəbər lenti