"Məktəbli oğlum dostu ilə ac-susundan öldü" - Ata fəryadı

Загрузка...
"Oğlum dostu ilə aclıqdan və suzuluqdan dənizin ortasında ölmüşdü. Biz onları tapanda gördük ki, sağ qalmaq üçün hər cür vasitələrə əl atırmışlar. Sadəcə özləri ilə yeyəcək və su olmadığından 37 gün tab gətirməmişdilər". Bu sözlər övladını faciəvi şəkildə itirən Müşfiq Cәbiyevin AXCP sədri Əli Kərimliyə göndərdiyi məktubda yazılıb.
Ata qeyd edib ki, bir il əvvəl 9-cu sinifdə oxuyan oğlu və onun dostu rezin qayığın içində dənizdə itkin düşdülər.
Gənc idmançı, 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli 2018-ci il aprelin 18-də məşq etmək məqsədi ilə rezin qayıqla açıq dənizə çıxıb. Nüsrət Nəzərzadə ekstremal idman növləri ilə məşğul olurmuş. O, 2017-ci ilin noyabrında Tufandağda itkin düşən alpinistlərlə dost olub.
Onun sözlərinə görə, 37 gün məmur qapılarında yalvarmağına baxmayaraq, uşaqları heç kim axtarmadı:
"Onlar itkin düşəndən 37 gün sonra Neft daşları ərazisində fəhlələr tərəfindən aşkarlandılar. Elə həmin razın qayığın içində. Onlar FHN-in iddia etdiyi kimi, suda boğulmamışdılar. Onlar vaxtında kömək yetmədiyindən acından və susuzluqdan həlak olmuşdular. Aprelin 18-i bir il keçir, ancaq hələ indiyə qədər heç kim məsuliyyətə cəlb olunmayıb. Bizim uşaqlar vətənpərvər uşaqlar idi, onlar müstəqil şəkildə hərbi hazırlıq keçirdilər. Mənim oğlum 7 il idi cudo idmanı ilə məşğul olurdu. Bundan başqa onlar hərbi vətənpərvərlik klubunun üzvləri idilər. Ekstremal hallara hazırlıqlı idilər. Biz onları tapanda gördük ki, sağ qalmaq üçün hər cür vasitələrə əl atırmışlar. Sadəcə özləri ilə yeyəcək və su olmadığından 37 gün tab gətirməmişdilər. Bu hökümət onları xilas etmədi, indi də günahkarları müdafiə edirlər. Neyləyək? Kimin üstünə gedək? Kimdən kömək istəyək?".





Загрузка...
Загрузка...

Xəbər lenti