Məktəb direktoru yol qəzasında öldü

Məktəb direktoru yol qəzasında öldü
Загрузка...
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sabirkənd kəndi ərazisindən keçən hissəsində olub. Hərəkətdə olan "Niva" ilə ağır tonnajlı "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində "Niva"nın sürücüsü 1967-ci il təvəllüdlü Abbasov Xəqani İslam oğlu və sərnişin 1964-cü il təvəllüdlü Vəliyev Eyvaz Nurqələm oğlu hadisə yerində ölüb.
Qeyd edək ki, ölən E.Vəliyev rayonun Dəllər qəsəbə tam orta məktəbinin direktorudur.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Xəbər lenti