Meksika narkobaronu El Çapo ABŞ-da ömürlük həbsə məhkum edilib

Meksika narkobaronu El Çapo ABŞ-da ömürlük həbsə məhkum edilib
Загрузка...
 Meksikanın narkobaronu, iki dəfə güclü mühafizə olunan həbsxanadan qaçan Hoakin "El Çapo" Quzman həyatının qalan hissəsini ABŞ həbsxanasında keçirəcək həbs cəzası alıb. Birləşmiş Ştatların federal hakimi Brayan Koqan çərşənbə günü Quzmanı ömürlük həbs cəzasına məhkum edib. Hakim Bruklin məhkəməsində keçirilən dinləmə zamanı həmçinin Quzmana məxsus 12.6 milyard dolların müsadirə edilməsinə qərar verib.
62 yaşlı narko-baron Meksikanın Sonaloa kartelinin lideri kimi kokain, heroin və digər narkotik maddələr qaçaqmalçılığında günahkar tanınıb. Prokurorlar Meksikanın ən böyük və zorakı narkotik kartelinin başçısı kimi Quzmanın qətl məqsədilə sui-qəsd cəhdlərində əli olduğunu bildirib.
Quzman Meksikada iki dəfə həbsxanadan qaçdıqdan sonra 2016-cı ildə həbs edilib. O, 2017-ci ilin yanvar ayında məhkəmə qarşısına çıxarılmaq üçün Birləşmiş Ştatlara ekstradisiya edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti