“Məhsul” stadionunu bağladılar - Tufeylilər toplaşırmış...

“Məhsul” stadionunu bağladılar - Tufeylilər toplaşırmış...
Загрузка...
Paytaxtın Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində ("Məhsul” stadionu) və ətraf ərazidə əsaslı təmir və tikinti işləri başlanılıb. Bu barədə virtualaz.org-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, Yasamal rayonunun mərkəzində yerləşən və son illər ərzində təmirsiz qalan azsaylı idman məkanlarından biri olan bu stadion artıq uzun illərdir ki, baxımsız qalması səbəbindən pis vəziyyətə düşüb. Buna görə burada hər hansı idman tədbirlərin keçirilməsi mümkünsüz olub, stadion gecə saatlarında tüfeyli həyat tərzi keçirən şəxslərin yığılma yerinə çevrilib və bu da ətraf binalarda yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlərin çoxsaylı müraciətləri nəzərə alınıb, həmçinin stadionun müxtəlif idman yarışları üçün yararlı vəziyyətə salmaq, burada idman qurğularını, ot örtüyünü yeniləmək məqsədilə Yasamal rayonu, İdman-Sağlamlıq Kompleksində ("Məhsul” stadionu) əsaslı təmir işlərinə başlanılıb. 
Criminal.az xatırladır ki, həmin stadionda müxalifətin icazəli mitinqləri keçirilirdi. 

Загрузка...
Загрузка...

Xəbər lenti