Deputatlığa namizədliyini irəli sürmüş Mehman Hüseynov döyülüb: "Polislər məni yerə uzadıb ayağını başıma qoymuşdu..." Deputatlığa namizədliyini irəli sürmüş Mehman Hüseynov döyülüb:

Deputatlığa namizədliyini irəli sürmüş Mehman Hüseynov döyülüb:
Загрузка...
 O polis əməkdaşları tərədindən döyüldüyünü bildirib
Dekabeın 28-də gecə saatlarında bələdiyyə seçkilərində namizəd, deputatlığa namizəliyini irəli sürmüş bloger Mehman Hüseynov Bakıda, Fəvvarələr meydanında polis əməkdaşları tərəfindən saxlanılıb. O polis avtomobilinə mindirilərək Bakıdan 20 kilometr aralıda, Lökbatan qəsəbəsi ərazisində çöllüyə aparılıb və döyüilüb. Bu barədə Hüseynovun özü jurnalistlərə bildirib.
 Mehman Hüseynov Daxili İşlər Nazirliyinin qarşısında şüar qaldırır Bu hadisə Mehman Hüseynov və digər fəallar dünən axşam saatlarında Daxili İşlər Nazirliynin binası qarşısında reper Pərviz Quluzadəyə (Paster) azadlıq şüarları qaldırdıqdan sonra baş verib. 

Reper "Gang” klipində hakim ailəyə məxsusluğu bildirilən Paşa Bankın adını hallandırdıqdan sonra narkotik təsiri altında xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Reperin "Gang” klipi bu il dekabrın 9-da YouTube kanalında yayımlanıb. Klipin 1.24 dəqiqəsində "Götürəcəyəm ölkəni necə Paşa Bank” ifadəsi işlədilib. Klipə yüz minlərlıə insan baxıb. "Polis əməkdaşları məni döyə-döyə polis avtomobilinə mindirərək şəhərdən kənarda çöllüyə apardılar. Onlar köynəyimi zorla başıma keçirdilər ki, hara aparıldığımı görməyim. Məni çöllükdə avtomobildən düşürtdülər. Onlar məni döyürdülər, nalayiq hərəkətlər edirdilər. Deyirdilər ki, səni bir də şəhərin mərkəzində görməyək. Sən təşkilatçısan, plakatlar haradadır. Məni palçığın içərisinə uzatmaq istədilər. Məni yerə yıxmışdılar. Altı nəfər üzərimdə oturmuşdu və döyürdülər. Sonra çöllükdə atıb getdilər," o qeyd edib.
Bloger gecə qaranlığında avtomobil yoluna mıxıb və telefonla dostları ilə əlaqə saxlayıb. Dostları onu xəstəxanaya çatdırıb. Hüseynov xəstəxanada müayindədn keçib, polisin hərəkətindən şikayət edəcəyini bildirib.
Rəsmi qurumlar hələ blogedin saxlanılması və döyülməsi ilə bağlı dediklərinə münasibət bildirməyib.
 
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır:
"Dünən gecə saat saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər. Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır. Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”.
Загрузка...
Загрузка...

Xəbər lenti