“Məhkəmənin hökmündən siyasi sifariş iyisi gəlir” “Məhkəmənin hökmündən siyasi sifariş iyisi gəlir”

“Məhkəmənin hökmündən siyasi sifariş iyisi gəlir”
Загрузка...
Müdafiə tərəfi kassasiya şikayəti verəcək
Mayın 8-də Bakı Apellyasiya Məhkəməsi hakim Ramiz Bayramovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov (o Rusiya vətəndaşıdır), AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun apellyasiya şikayətini təmin etməyib, birinci insatansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Vəkillər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunsuz və ədalətsiz adlandırıb və məhkəmənin bəraət qərarı qəbul etməsini xahiş edib. Müdafiə tərəfi fikrini əsaslandırarkən deyib ki, birinci instansiya məhkəməsində ittiham tərəfi ittihamlarını sübut edə bilməyib. İstintaqda adı keçən bir sıra şəxslər barədə axtarış elan edilməyib.
"Məhkəmənin hökmündən siyasi sifariş iyisi gəlir,” müdafiə tərəfi qeyd edib. Müdafiəçilər tərəfi həmçinin Saleh Rütəmovun əmlakının müsadirəsi ilə bağlı məhkəmənin qərarının qansuz hesab edib. Dövlət ittihamçısı Süleyman Atakişiyev birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını məhkəmə heyətindən xahiş edib və hakim birinci instansiya məhkəməsinin hökmünə hər hansı dəyişiklik etmədən qüvvədə saxlayıb.Vəkillər Bakı Apellyasiya Məhkəməsinin qəraraından kassasiya şikayəti verəcəklərini deyib.
 
Məhkəmə prosesini müşahidə edən Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri ƏIi Kərimli Azərbaycanda məhkəmə sisteminin müstəqil olmadığını və əksinə partiya fəallarına qarşı törədilən əməllərə, işgəncə faktlarına hüquqi qiymət vermədiyini bildirib. "Bu gün baş verənlər Azərbaycan hüquq sisteminin, məhkəmə sisteminin, İlham Əliyev rejiminin böyük faciəsidir. Azərbaycan hüquq sistemini, məhkəmə sistemini belə ironik, məzhəkə, gülüş vəziyyətinə hazırki siyasi rejim salıb," Milli Şuranın sədri Cəmil Həsənli qeyd edib. AXCP sədri Əli Kəimli məhkəmənin barəsində qərar qəbul etdiyi şəxslərin hər hansı günahının olmadığını bildirib. "Bu adamlar şərlənib. Onlara qarşı saxta ittiham irəli sürülüb. Bu birinci cinayətdir. İkincisi, bu, admalara qarşı işgəncə tətbiq olunub. Bu, Azərbaycan qanunvericiliyində ağır cinayətlərdən hesab olunur," o qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi bu il fevralın 27-də Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib. Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb. AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb.
AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib. Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahlı bilinib. AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmov ilə uzun illərdir dostdurlar və dostu olaraq da bir neçə dəfə ona yardım edib.
Загрузка...
Загрузка...

Xəbər lenti