Məhkəmədə: DTX əməliyyatçılarını jurnalist kimi təqdim edirsiz...

08 Fevral 2021, 16:48
08 Fevral
2021
16:48
128
"Polad Aslanovun aclıq etdiyi protokollaşdırılmayıb”
Fevralın 1-də öz məhkəməsində aclıq aksiyasına başladığını elan edən "xeberman.com” saytının rəhbəri Polad Aslanovun beşinci gündür ki, aclığı davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, fevralın 5-də Bakı istintaq təcridxanasında onunla görüşüb.
G.Aslanovanın sözlərinə görə, həyat yoldaşı aclığa başladığı gün bu barədə ərizə ilə rəsmi qaydada həm təcridxananın rəisi Elnur İsmayılova, həm də Bakı Apelyasiya Məhkəməsində işinə baxan hakim Həsən Əhmədova məlumat verib. Lakin təcridxanada onun ərizəsi qeydə alınmayıb:
"Bu gün təcridxananın rəisi mənə bildirdi ki, Polad Aslanovun aclıq aksiyası ilə bağlı ərizəsi birmənalı şəkildə protokola salınmayacaq. Səbəbini soruşdum. Bildirdi ki, səbəbini mənə deyə bilməyəcək. Təsəvvür edirsinizmi, cəmi 44 kiloqram çəkisi olan siyasi məhbus həyatını təhlükəyə atıb, azadlıq haqqının əlindən alınmasına etiraz olaraq aclıq edir, amma onun aclığı sifarişlə protokola salınmır”.
G.Aslanova onu da bildirib ki, beş günlük aclıq artıq həyat yoldaşının səhhətində özünü göstərir, onun böyrəklərində və mədəsində ağrılar başlayıb.
Fevralın 4-də Bakı Apelyasiya Məhkəməsində P.Aslanovun işinə baxılarkən hakim həm onun özünün, həm də həyat yoldaşının məhkəmə zalından çıxarılmasına göstəriş verib. Səbəb isə P.Aslanovun mülki geyimdə olan üç nəfərin məhkəmə zalında iştirakına etiraz etməsi olub. P.Aslanov onların kim olduğunu soruşduqda hakim Həsən Əhmədov media nümayəndələri olduğunu söyləyib. Təqsirləndirilən baş redaktor isə hakimin yalan danışdığını, onların Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatçıları olduğunu bildirib: "Niyə yalan danışırsız? Mən bu adamları tanıyıram. Mən 1 ildən çox DTX-da saxlanmışam, oradan məhkəməyə aparılıb-gətirilmişəm. Bu adamları da görmüşəm. İndi gözümün için baxa-baxa yalan danışırsız. DTX əməliyyatçılarının jurnalist kimi təqdim edirsiz. Ayıbdır...”
P.Aslanov hakimin göstərişilə məhkəmə zalından çıxarıldıqdan sonra proses onun iştirakı olmadan davam etdirilib. Həyat yoldaşı G.Aslanova da buna etiraz etdikdə hakim Həsən Əhmədov onun da çıxarılmasına göstəriş verib.
P.Aslanovun aclıq etməsi, onun hazırkı durumu haqda deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.
P.Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. O, ötən il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsilə - dövlətə xəyanətdə təqsirli bilinib.
Həmin hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. Növbəti məhkəmə iclası fevralın 4-nə təyin edilib.
Cinayət işinin materiallarında iddia olunur ki, P.Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.
P.Aslanov isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir:
"Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.
P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Məhkəmə
Həbs edilən qazi azadlığa buraxıldı
-
Məhkəmə
Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
Manşet, Video, Məhkəmə
Mübariz Mənsimov azadlıqda!
-
Məhkəmə
Mübariz Mənsimovun məhkəməsi başladı
-
Manşet, Məhkəmə
Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
Manşet, Məhkəmə
“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
Məhkəmə
Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
Məhkəmə
“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
Məhkəmə
AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir