Məhkəmə Xədicə İsmayıla qarşı 45 min manatlıq qərar çıxardı

Məhkəmə Xədicə İsmayıla qarşı 45 min manatlıq qərar çıxardı
Загрузка...

Bu qərar Vergilər Nazirliyinin jurnalistə qarşı qaldırdığı iddia əsasında verilib

Dekabrın 21-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində jurnalist Xədicə İsmayıla qarşı 45 min 145 manat 63 qəpiklik qərar çıxarılıb. Hakim Məhəmməd Əkbərovun verdiyi bu qərar Vergilər Nazirliyinin jurnalistə qarşı qaldırdığı iddia əsasında çıxarılıb.

Vergilər Nazirliyi 2017-ci ilin noyabrında X.İsmayıla qarşı 63 min 138 manatlıq iddia qaldırmışdı. İddia olunurdu ki, X.İsmayıl 2008-2010-cu illərdə Azadlıq Radiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə bu qurum 45 min 145 manat mənfəət vergisini ödəməyib. Həmçinin, o, Bakı bürosunun rəhbəri olduğu zaman işçilərlə əmək müqaviləsi deyil, xidməti müqavilə bağlayıb. Nəticə etibarilə işçilər xidməti müqavilə üzrə 4 faiz vergi ödəyiblər. Əmək müqaviləsi olsaydı, əməkhaqqının 14 faizini ödəyəcəkdilər. İddia edilir ki, X.İsmayıl bununla 10 faizlik fərqin, yəni 17 min 992 manatın israf edilməsinə şərait yaradıb. 63 min 138 manatlıq iddianın 17 min 992 manatı da bu məsələ idi.

Ali Məhkəmə 2016-cı ilin mayında X.İsmayılın şikayətinə baxıb, onu şərti azadlığa buraxanda 17 min 992 manatlıq israfetmə məsələsi üzrə ona bəraət vermişdi.

X.İsmayıl bir ildən çox davam edən məhkəmə boyu Vergilər Nazirliyinin nümayəndələrinə çatdırmağa çalışırıb ki, Ali Məhkəmənin xitam verdiyi məbləğ indi ondan tələb oluna bilməz.

Dekabrın 5-də Vergilər Nazirliyi məhkəməyə iddiaya əlavə təqdim edərək, 17 min 992 manatdan imtina etdi.

X.İsmayıl 45 min 145 manatlıq qərarla da razı deyil. O bildirib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.

Jurnalistin nümayəndəsi Yalçın İmanov da mənfəət vergisilə bağlı qərarı əsassız sayır. Deyir ki, X.İsmayıl 2008-ci ilin ikinci yarısından 2010-cu il oktyabrın 1-nə qədər büro rəhbəri kimi fəaliyyət göstərib. Lakin ondan həmin illərin bütün 12 ayı üzrə mənfəət vergisi tələb olunur: "Hələ mən o tərəfini demirəm ki, Azadlıq Radiosu mənfəət vergisindən azaddır, çünki kommersiya təşkilatı deyil. Üstəlik, Vergilər Nazirliyi Xədicə İsmayıldan tələb elədiyi pulu Azadlıq Radiosundan da tələb edir. Radioya qarşı da eyni tələblə iddia qaldırılıb. Lakin prokurorluqda radio ilə bağlı istintaq araşdırmalarının davam etməsi əsasıyla məhkəmə prosesi dayandırılıb".

Загрузка...
Загрузка...

Xəbər lenti