Məhkəmə siyasi fəalları cərimələyib

Məhkəmə siyasi fəalları cərimələyib
Загрузка...
Mayın 31-də Abşeron Rayon Məhkəməsində mayın 28-də Novxanıda Respublika Gününü qeyd edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərin məhkəmə prosesi keçirilib. Siyasi fəallar Adil Babayev, Nizami Abbasov, Ruslan Şərifov və Elşən Həsənov İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsinin (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) pozulmasında təqsirli bilinərək, hər biri 300 manat məbləğinə cərimələnib. Nizami Abbasovun sözlərinə görə, o, tədbir zamanı qaydaları pozmayıb, əksinə polis yolu bağlayaraq vətəndaşların keçməsinə imkan verməyib.
"Polis bizə kobudluq göstəəndə mən "Azərbaycan!" qışqırdım, həmin an polislər qollarımı arxadan burdular və nəticədə əlimdən bayraq düşdü. Sonra məni polisə apardılar, barəmdə protokol tərtib etdilər. Bu gün isə etmədiyim hərəkətə göörə cərimələndim. Apellyasiya Məhkəməsinə şikayət verəcəm," o qeyd edib.
Dünən, mayın 30-da Milli Şuranın Koordinasiya Şurasının üzvü Tofiq Yaqublu və digər 3 fəal Abşeron Rayon Məhkəməsinin qərarı ilə 300 manat məbləğində cərimələnib.
Загрузка...
Загрузка...

Xəbər lenti