Akif Çovdarov həbs edildi

Akif Çovdarov həbs edildi
Загрузка...

Milli təhlükəsizlik naziriEldar Mahmudov işdən qovulandan sonra onun komandası barədə xəbərlər səngimir. Keçmiş nazirin törətdiyi qanunazidd hərəkətlərin əsas iştirakçısı olan MTN generalı Akif Çovdarovla bağlı Criminal.az-a maraqlı məlumat daxil olub. 

 Məlumatda deyilir ki, general-mayor A.Çovdarovartıq həbs edilib. Bir neçə gün əvvəl saxlanılsa da, sonradan sərbəst buraxılmışdı. İki gün əvvəl isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən tutulub. Onun Bakıdakı biznesini isə qardaşı Asif idarə edir. 

Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək mümkün olmadı.  

Qeyd edək ki, A.Çovdarov əvvəllər həbsxana işçisi olub. Eldar Mahmudov 1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifəsində işləyəndə Çovdarovu həmi idarəyə, milli təhlükəsizlik naziri təyin olunanda isə özü ilə MTN-ə gətirib.  A.Çovdarovun oğlu da Milli Məclisdə işdən çıxarılıb. Bacısının kürəkəni Rafiq Hümbətov isə hazırda Xətai rayon MTN-ə rəis işləyir. 

Criminal.az

Xəbər lenti