Məhkəmə Qiyas Ibrahimovla bağlı qərar verdi

Məhkəmə Qiyas Ibrahimovla bağlı qərar verdi
Загрузка...
Dünən yaşadığı binanın damına çıxaraq təkbaşına aksiya keçirən gənc fəal Qiyas İbrahimovun məhkəməsi keçirilib. "Qafqazinfo”nun verdiyi xəbərə görə, Q.İbrahimov xırda xuliqanlıqda ittiham edilərək məhkəməyə çıxarılıb.
Nizami rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın qərarı ilə Q.İbrahimov 50 manat məbləğində cərimələnib.
Qeyd edək ki, rəsmi məlumata görə, Q.İbrahimov binanın damında aksiya keçirərək çağırışlar edib, polis əməkdaşlarına ona yaxın gələcəkləri təqdirdə özünü binadan ataraq intihar edəcəyini deyib. Polislər tərəfindən tutulandan sonra bölməyə aparılan fəal bu gün səhər saatlarında sərbəst buraxılıb.

Xəbər lenti