Məhkəmə qərarı olsa da, Camal Əlinin qardaşı sərhəddən buraxılmır

Məhkəmə qərarı olsa da, Camal Əlinin qardaşı sərhəddən buraxılmır
Загрузка...
 Vüqar Əli Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etsə də, hələ cavab yoxdur
Nərimanov Rayon Məhkəməsi ötən ilin 17 oktyabrından rep musiqi ifaçısı Camal Əlinin qardaşı Vüqar Əlinin ölkədən çıxışına qoyulan qadağanı götürsə də, o, hələ də sərhəddən buraxılmır. Bu barədə Meydan TV-yə danışan Vüqar Əli deyir ki, iki dəfə ölkədən çıxmağa cəhd etsə də, alımayıb. O, 2018-ci ilin 20 oktyabrında və bu ilin 31 martında sərhəddə saxlanılıb.
 
Vüqar Əliyə bildirilib ki, onun ölkədən çıxışına Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi qadağa qoyub.
O, ikinci dəfə məhkəməyə müraciət etmək istəsə də, məhkəmə iddianı qəbul etməyib və ona qadağanın götürüldüyü bildirilib. Vüqar Əli Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etsə də, hələ cavab yoxdur.

Vüqar Əli deyir ki, ona qardaşına görə qadağa qoyublar və rəsmi olaraq bu cəzanın səbəbi açıqlanmır. Camal Əli 2007-ci ildə H.O.S.T qrupunda repçi kimi çalışıb. 2008-ci ildə qrupu tərk edib. 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunub. Azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edib. Hazırda Berlində yaşayır və Meydan TV-nin əməkdaşıdır.
Camal Əlinin 2017-ci ildə hazırladığı "Heykəl baba” adlı repdən sonra Azərbaycanda yaşayan qohumları təzyiqə məruz qalıb. məhkəmə qərarı məhkəmə qərarı
Загрузка...
Загрузка...

Xəbər lenti