Məhkəmə prokurorluğunun hərəkətlərini qanunsuz hesab etdi

Məhkəmə prokurorluğunun hərəkətlərini qanunsuz hesab etdi
Загрузка...
Avqustun 27-də Səbail rayon Məhkəməsi 2017-ci ildə Türkiyədə vəfat etmiş Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun ölüm faktının araşdırmasında Səbail Rayon Prokurorluğunun hərəkətsizliyindən verilmiş şikayətinə baxaraq, təqdim etdiyi müraciətə baxılmamasını qanunsuz hesab edib və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi barədə qərar qəbul edib.
Mərhumun yaxınları iddia edir ki, Hüseynov zəhərlədərək öldürülüb və işin araşdırması üçün ptokurorluğa müraciət edib. Bu barədə Turana məlumat verən hüquq müdafiəçisi Elçin Məmmədin sözlərinə görə, keçən məhkəmə prosesində hakim Azər Tağıyev Baş Prokurorluğun əməkdaşının öldürülməsi məsələsinə münasibət bildirmək üçün Səbail rayon prokurorluğa vaxt vermişdi. Prokurorluğun nümayəndəsi Ramin Almazov isə şikayətin əsassız olduğunu bildirmişdi.
Xatırlayaq ki, 2017-ci ilin avqust ayında Türkiyənin Antalya şəhərində vəfat edən Emin Hüseynovun yaxınları onun ölüm faktının araşdırılmasında Səbail rayon Prokurorluğunun hərəkətsizliyindən məhkəmə orqanına şikayət verib.
Onlar iddia edir ki, Hüseynovun kənardan verilən ölümcül səviyyədə olan bir zəhərli maddənin nəticəsində dünyasını dəyişdiyi məlum olub.
Hüquq müdafiəçisi Elçin Məmməd bildirir ki, Türkiyə tərəfi hadisəsi ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində cəlb edib. Lakin bu şəxslərin istintaqa cəlb edilməsi üçün heç bir tədbir görülmür.
Загрузка...
Загрузка...

Xəbər lenti