Məhkəmə Polad Aslanovu həbsdə saxladı

Məhkəmə Polad Aslanovu həbsdə saxladı
Загрузка...
Polad Aslanovun Səbail rayon məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə məhkəmə prosesi kəcirilib. Vəkil Elçin Sadıqov həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət verib. Vəsatət təmin olunmayıb. Qərardan apellyasiya şikayəti veriləcək, deyə jurnalistin ailəsindən bildiriblər.
Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.
Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti