Məhkəmə Mingəçevir və Zaqatala hakimiyyətinin üzərinə jurnalistin sorğusuna cavab vermək öhdəliyi qoyub

Məhkəmə Mingəçevir və Zaqatala hakimiyyətinin üzərinə jurnalistin sorğusuna cavab vermək öhdəliyi qoyub
Загрузка...
Şəki İnzibati-İqtisad Məhkəməsi 7gun.az saytının redaktoru Cavid Şirəliyevin Mingəçevir və Zaqatala rayon icra hakimiyyətlərinə qarşı iddiasını təmin edib. İddia Mingəçevir və Yevlax administrasiyalarının uşaq bağçaları və körpələr evlərinin təchizatı ilə bağlı informasiya sorğusuna cavab verməkdən imtina etməsi ilə əlaqədar verilib.
Xüsusən, jurnalist uşaq bağçalarının və körpələr evlərinin sayı, onlara gələn uşaqların sayı, bu müəssisələrin ştat cədvəli, məktəbəqədər müəssisələrə verilən ərzaq məhsullarının növləri və normaları, təmir üçün ayrılan vəsait və s. haqqında sualları cavablandırmağı xahiş edib. Məhkəmə Mingəçevir və Zaqatala hakimiyyətinin üzərinə jurnalistin bu suallarını cavablandırmaq öhdəliyi qoyub.
Bir müddət əvvəl jurnalistin iddiası əsasında Ağsu rayon hakimiyyətinin üzərinə də eyni öhdəlik qoyulub. Hələlik Ağsu administrasiyası sorğuya cavab verməyib, amma məhkəmənin qərarından apellyasiya da verməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti