Məhkəmə korpusunda kadr dəyişiklikləri

Məhkəmə korpusunda kadr dəyişiklikləri
Загрузка...
Yeni il ərəfəsində prezident İlham Əliyev yeni yaradılmış inzibati və ticari məhkəmələrin hakimlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb. Belə ki, Naxçıvan Muxtar Respublikası, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki inzibati məhkəmələrinin hakimləri təyin edilib. Eyni regional prinsiplə ticari məhkəmələr də yaradılıb.
Dövlət başçısı ümumi yurisdiksiyalı bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında sərəncamlar imzalayıb, onların yerinə yeni kadrlar təyin edilib. Vəzifədən azad edilən ümumi məhkəmə hakimlərinin əksəriyyəti inzibati və ticari məhkəmələrə təyin edilib.
Onlar arasında Yasamal Rayon Məhkəməsinin sədri Araz Hüseynov, Mingəçevir Şəhər Məhkəməsinin sədri Usaməddin Osmanov, Quba Rayon Məhkəməsinin sədri Xaqani Tağıyev var.

Xəbər lenti