Məhkəmə: İŞID döyüşçüsünün arvadı və uşaqları Almaniyaya qayıtmalıdır

Məhkəmə: İŞID döyüşçüsünün arvadı və uşaqları Almaniyaya qayıtmalıdır
Загрузка...
 Berlin məhkəməsi Xarici İşlər Nazirliyinin İŞID döyüşçüsünün almaniyalı həyat yoldaşı və üç uşağının Suriyadan Almaniyaya geri qayıtmasına vasitə olması üçün qərar qəbul edib,- məhkəmənin sözcüsü cümə axşamı bildirib. "Reuters”-in verdiyi xəbərə görə bu, ölkədə hökumətin tutduğu mövqeyə qarşı ilk belə qərardır.
Məhkəmə nümayəndəsinin sözlərinə görə, ailə Xarici İşlər Nazirliyini qurumun diplomatik nümayəndələri ananın Suriyada kürd nəzarətində olan bölgədən üç uşağı ilə birgə Almaniyaya qayıtmasına kömək etmək istəmədikdən sonra məhkəməyə verib. Almaniya ananı deyil, sadəcə uşaqları geri qaytarmağa razılıq vermişdi.
Məhkəmə deyib ki, Xarici İşlər Nazirliyi geri qaytarma prosesini başlatmazdan əvvəl ilk növbədə ananın və onun uşaqlarının şəxsiyyətini təsdiq etməlidir.
Загрузка...
Загрузка...

Xəbər lenti