Məhkəmə Elina Hacıyevanın ailəsinin şikayətini təmin etməyib

Məhkəmə Elina Hacıyevanın ailəsinin şikayətini təmin etməyib
Загрузка...
Bu gün Bakı Apellyasiya Məhkəməsi 162 saylı orta məktəbin şagirdi, intihar etmiş Elina Hacıyevanın ailəsinin bu məktəbin direktoru Sevinc Abbasovanın ev dustaqlığının müddətinin uzadılması barədə qərardan şikayətini təmin etməyib. Mərhumun ailəsi direktorun həbs edilməsinə təkid edir.
Hakim Qabil Məmmədov şikayəti təmin etməyərək onunla əsaslandırıb ki, müdafiə tərəfi birinci məhkəmə instansiyasının qərarından sonra üç gün müddətində şikayət verməyib.
Öz növbəsində ailənin vəkilləri Sevinc Əliyeva və Emin İsayev məhkəmə iclasından sonra jurnalistlərə bildiriblər ki, məktəb direktorunun ev dustaqlığı müddətinin uzadılması barədə Səbayel Rayon Məhkəməsinin qərarı iyulun 9-da müdafiə tərəfi nümayəndələrindən xəbərsiz qəbul edilib. Vəkillər qərardan iyulun 13-də xəbər tutublar. İndi onlar apellyasiyanın verilmə müddətinin bərpa edilməsi üçün Səbayel Rayon Məhkəməsinə müraciət edəcəklər və sözügedən qərardan təkrar şikayət verəcəklər.
162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva aprelin 4-də məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Qız ağır xəsarət alıb. Ancaq buna baxmayaraq, məktəbdən "təcili yardım"ı iki saat sonra çağırıblar. İki gündən sonra E.Hacıyeva xəstəxanada vəfat edib. Fakt üzrə CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.
Sonradan məktəbin direktoru S.Abbasova məsuliyyətə cəlb edilib. Ona qarşı CM-in 143 (təhlükədə qoyma) və 314.2 (səhlənkarlıq, ölümlə nəticələndikdə) ittiham irəli sürülüb. Mərhumun ailəsi məktəbin direktorunun həbs olunmasını tələb edir.
Ailə hesab edir ki, vaxtında həkim çağırılsaydı qızı xilas etmək mümkün olardı.
Загрузка...
Загрузка...

Xəbər lenti