Mehdi Xəlilbəyli: Mənə qarşı bu tələlərin hamısı Əlövsət Əliyevin ofisində hazırlanıb

Mehdi Xəlilbəyli: Mənə qarşı bu tələlərin hamısı Əlövsət Əliyevin ofisində hazırlanıb
Загрузка...
 Ötən il noyabrın 13-də Almaniyaya miqrant daşımaqda günahkar bilinən bir qrup həbs olunub. Məlumatda bildirilir ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr saxlanılıb. Onların arasında "Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də vardı. Mehdi Xəlilbəyli yanvarın 8-də azadlığa çıxıb.
O, baş verənlərlə bağlı Meydan TV-nin suallarını cavablandırıb. - Mehdi bəy, sizi Almaniyaya qeyri-leqal insan gətirməkdə ittiham edirdilər? - O deyilən məsələlərlə yaxından-uzaqdan əlaqəm yoxdur. O dosyeni bir nəfər hazırlamayıb, orada 200-dən artıq yalan məlumat var. 2018-ci ilin yayından bu işi bilirəm. Üstünə düşmədim. Orda obrazlar var, Rəşaddır, başqasıdır. Onların hamısı detallardır. Bir az qısnasan, deyəcək ki, pulumu alıb bu işi gördüm, ehtiyacım vardı. Əsas məsələ o dəzgahı hazırlayanlardır.
- Kimləri nəzərdə tutursuz?
- Bu, nəsə bir sistemdir, hazırlanıb. Tək adamın işi deyil. 3 min səhifəlik dosyedir. Onu bir adam hazırlaya bilməz.
- Siz düşünmürsüz ki, bunu Almaniya hökuməti hazırlamış olar?
- Yox, heç bir araşdırma yoxdur. İlk məhkəmə iclasında vəkillər ortaya qoydular ki, heç bir araşdırma aparılmayıb. Heç bir şahid dindirilməyib. Dosyenin sonunda deyilir ki, Mehdi Xəlilbəyli ilə şura üzvünün əməliyyatının heç əlaqəsi təsbit olunmadı. 3 ay dayanmadan telefon dinləmələri, izləmə olub, heç nə təsbit olunmayıb. - Cinayət işinə xitam verilib, ya davam edir?
- Siz də bilirsiz ki, Əlövsət (Əlövsət Əliyevdən söhbət gedir- red.) daşı tərəziyə qoyub, vətəndaşlarımızı aldadıb, əlindən pulunu alıb. O, hələ də həbsdədir.
- Sizin saxlanılmanız da o işlə bağlıdır, ya ayrı-ayrı cinayət işləridir?
- Eyni işdir, insanları qeyri-qanuni ölkəyə gətirməklə bağlıdır.
- Sizin bu işlə heç bir əlaqəniz yoxdur?
- Əlinizi qoyun vicdanınızın üstünə. Nə deyə bilər vicdanınız?
- Biz sizə pul verməmişik, sənəd almamışıq, jurnalist kimi soruşuruq...
- Eşitmisiz ki, kimsə Mehdi Xəlilbəyli haqqında elə söz desin?
- İddialar var, cavabını sizdən öyrənmək istəyirik..
- Bu iddianı qaldıran kimdi? 2011-ci ildə, Almaniyaya gəlməmişdən 4-5 il əvvəl Azərbaycanda həbsxanada çalışmış və türmədə külli miqdarda narkotik satdığına görə barəsində cinayət işi açılmış bir adam.
- Söhbət kimdən gedir?
- Rəşad Məmmədovdan
- O şəxs bir vaxtlar sizinlə yaxın olub. Elə deyilmi?
- Yalan söhbətdir, heç bir yaxınlığımız olmayıb.
- Sizin sürücünüz olduğu deyilir...
- Mənim maşınımı heç bir metr də sürməyib.
- Axı sizinlə birgə şəkilləri var. Sizi birlikdə görənlər olub. Onlar yalan danışırlar?
- Hansı azərbaycanlıyla görüşmürəm ki? Hansı gəlibsə, görüşmüşəm. Səhərdən axşama qədər birinin danası itib üstümə gəlib, birinin hündüşkası oğurlanıb, üstümə gəlib.
- Yəni sizinlə heç bir əlaqəsinin olmadığını deyirsiz?
- Yox, bir azərbaycanlı kimi münasibətimiz normal olub. Ancaq mənim maşınımı sürməyib. İstəmirəm bu söhbətlərdən yeni "malzəmə” düzəldəsiniz. Elə bilirsiz siz mətbuatda yazılanlardan narahat olursuz, mən yox? Mənim həddən artıq çox mətbu orqana çıxışım var. Zəng də edirlər, maraqlanırlar, istəyirlər nəsə danışım, amma ehtiyac yoxdur. Qoy bu dəzgahı hazırlayanlar məni yerdən-yerə sürüsünlər. Sadəcə məni sevən insanlara, dava dostlarıma ziyan vurmurlarsa, bunun özü qazancdır. Qoy mənə nə qədər zərər verirlər, versinlər.
- Mehdi bəy, yazırlar ki, siz bəraət almısız. Amma əldə etdiyimiz məlumata görə, siz külli miqdarda ödəniş hesabına zaminə buraxılmısız. Çünki istintaq hələ də davam edir. Əslində necədir?
- Başlıcası odur ki, hakim də, prokuror da atılan iftiralara inanmayıb. Onlar iftiralara inansaydılar, ilk iclasda məni çölə buraxmazdılar. Bura Almaniyadır.
- Sizi nə qədər içəridə saxladılar? Buna görə Almaniya hökumətindən təzminat istəyəcəksizmi?
- Yox. Vətən sağ olsun. Məhkəmə uzun sürəcək, hər detalın arxasında məhkəmə araşdırması, qərarı olacaq.
- Biz həm də proseduru öyrənmək istəyirik. Burada bəraət var, ya yox? Deyirlər, siz şəhər kənarına çıxa bilməzsiz və s.
- Boş söhbətdir. Elə məsələ yoxdur. Dostlarımla bir yerdəyəm, hara istəsəm gedib-gəlirəm, elə bir öhdəliyim yoxdur. Ağır bir şərtlərlə buraxmayıblar.
- Əlövsət Əliyevin vəziyyəti ilə bağlı nə deyə bilərsiz?
- Mənə qarşı bu tələlərin hamısı Əlövsət Əliyevin ofisində hazırlanıb. Özü ölüyə, diriyə sənəd satıb...
- Siz özünüz bu mühacir alverinin şahidi olmusuzmu?
- "Mühacir alveri” kiməsə xoş gələn sözdür. Başa düşə bilmirəm də. Bu adam özünə ofis açıb, camaatı aldadıb, inandırıb, əllərindən pullarını alıb. Bir adam deyil, 300-400 nəfərdir. Hamısı da isbat olunur.
- Sizin həbsinizdən sonra Müsavat AKM-dən xaric olmağınızla bağlı məlumat yayıldı...
- Müsavat AKM vardı, yoxdu, bunun bizim azərbaycançılığımıza, müsavatçılığımıza heç bir dəlaləti yoxdur. Hər bir işin arxasında bir sənəd durur. "Çıxarmışıq”, ya "qəbul etmişik” deyilirsə, bunu sübut edən kağız olmalıdır də.
- Əslində bu iddia var, amma o kağızı görməmişik...
- Elə bir şey yoxdur. Çıxarıb qoyulmalıdır ortaya ki, alın, bu kağız, biz bunu çıxardıq, ya qəbul etdik.
- Bəs niyə AKM rəhbərliyi bunu deyir?
- Kimə nə xoşdur, onu da danışır də. Kim nə istəyir desin. Mətbuata çıxmaq istəmirəm, lazım olsa çıxaram da, danışaram da. Lazım bilmirəm. Dostlar sağ olsun, Vətən sağ olsun.
Загрузка...
Загрузка...

Xəbər lenti