Məhbus anası: Həbsxana rəisinin müavini oğlumu döyüb, pul istəyib

01 Aprel 2021, 17:54
01 Aprel
2021
17:54
106
"Uşağımın vəziyyəti çox ağır olub, burnunun qanını kəsmək olmurmuş”
2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Təvəkkül Qadıyevin yaxınları onun işgəncəyə məruz qaldığını deyirlər. Onların sözlərinə görə, müəssisənin rəis müavini Eldəniz Həziyev Təvəkkül Qadıyevi kabinetinə çağıraraq rüşvət istəyib, o, etiraz edəndə isə döyüb.
Bu barədə məhbusun anası Əfruz Abdullayeva Meydan TV-yə danışıb.
Əfruz Abdullayeva bildirib ki, martın 28-də Cəzaçəkmə Müəssisəsinin rəis müavini Eldəniz Həziyev oğlunu kabinetinə çağırıb və ondan pul istəyib:
"Səbəb kimi də göstərib ki, kamera yoldaşının yanına gələnlərlə bir yerdə oturub çörək yemisən. Məgər çörək yeməyə görə rüşvət verərlər? Oğlum da and-anam edib ki, onun yanına görüşə gəlməyiblər, elə bunu söyləyib və ondan sonra Eldəniz Həziyev uşağı döyüb. Uşağımın vəziyyəti çox ağır olub, burnunun qanını kəsmək olmurmuş. Eldəniz Həziyev illərdi uşağa zülm edir”.
Əfruz Abdullayeva baş verən hadisə haqqında dövlət başçısı İlham Əliyevə, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət etdiyini deyib:
"Təəssüf ki, Gəncə şəhər prokuroruna məktub göndərsəm də, heç bir reaksiya yoxdur”.
Əfruz Abdullayeva oğlunun həbsini də qanunsuz sayır:
"Oğlumu quldurluq maddəsilə ittiham edərək həbs etdilər. İstintaq və məhkəmə prosesi zamanı rüşvət istədilər ki, cəzası yüngül olsun, amma kreditim olduğundan alınmadı”.
O, pandemiya səbəbindən oğluyla 2 il əvvəl görüşdüyünü bildirib.
28 yaşlı Təvəkkül Qadıyev 2014-cü ildə həbs olunub. O, Cinayət Məsəlləsinin 181.1 maddəsilə ilə (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın- əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ittiham olunaraq 9.6 il azadlıqdan məhrum edilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə bildirib ki, Əfruz Abdullayevanın qurumun rəisi Ceyhun Həsənova müraciəti ətraflı araşdırılacaq:
"Ona görə indidən nəsə söyləmək doğru olmazdı”.
Xəbər lenti
-
21:50İcra başçısına 20 min rüşvət verən icra nümayəndəsi jurnalistin məhkəməsinə gəldi - hakim danışmağa imkan vermədi
-
11:29Vəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb
-
11:26Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal
-
11:236 aylıq komadan sonra şəhid oldu...
-
11:20Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA
-
07:16Nazim İbrahimovun qardaşı yenidən həbs edildi
-
07:12Kəmaləddin Heydərovun İngiltərədəki daha bir şirkəti ləğv edilir
-
07:08Hərbi prokuror "Tərtər İşi” işgəncələrindən danışdı: "Danışılanlar nağıldır..."
-
06:58Vəkil: "Hüseyn Abdullayevin bağırsağından qan açılıb"
-
13:06Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
12:38Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı
-
20:47Azərbaycana kartofun içərisində 213 kq-dan çox heroin keçirmək istədilər
-
16:57Xalid Bağırovu vəkillikdən uzaqlaşdıran, İlqar Məmmədova ağır cəza kəsən hakim vəfat etdi, oğlu həbs olundu
-
16:55“Yoldan torba tapdı”, içindən zəhər çıxdı
-
16:50“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
16:46Sumqayıtlı Mübarizin “Kursovka”sı yayıldı – Nazir olan korpusun pradolundakı balandyor da bahalı siqaret çəkməlidir
-
03:47Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
03:44Partiyanın sədr əvəzi İlham Əliyevə 18 il həbs tələbi
-
03:41“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
23:38Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
21:56İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
21:51“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
-
21:47Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi
-
21:395 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər
-
11:38"Mən ona kömək edəndə bilməzdim ki, polisdən uzaqlaşdırılaram..." - VİLAYƏT EYVAZOVA MƏKTUB
-
11:27Koronavirusdan həm bacısını, həm də qardaşını itirdi
-
11:22“İdeal”ın keçmiş sahibinin anası: Acgöz, “mənəm qanun” deyən məmurlar oğlumu əlimdən alır
-
11:15Türkiyə koronavirusa yoluxan biznesmen üçün Bakıya təyyarə göndərdi - BURADA MÜALİCƏ ALMAQ İSTƏMƏYİB
-
11:10Ermənistanda rus generalın qızının meyiti tapıldı
-
11:09Yasamalda binaya atəş açan şəxs qaçarkən qəza törətdi
-
11:08Hadı Rəcəblinin restoranında toy edənlər cərimələndi
-
06:18“Abu İbrahim Dağıstani” ilə birlikdə həbs edilən Elçin Qasımova cəza kəsildi
-
20:41Baş prokuror itkin düşənlərlə bağlı işi xüsusi nəzarətə götürdü
-
17:14Müdafiə Nazirliyi: İtkin düşən hərbçiləri axtaranlar minaya düşüb
-
17:10Müdafiə Nazirliyinin polkovniki koronavirusdan vəfat etdi
-
22:23“İdeal”ın keçmiş sahibinin həbsinin detalları bilindi
-
19:17"İdeal"ın keçmiş sahibi HƏBS OLUNDU
-
14:54İtkin düşən daha bir hərbi qulluqçunun nəşi tapılıb
-
14:21Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir?
-
12:44Nazirlik Rəmişin koronavirusdan öldüyünü açıqladı
19 Aprel 2021
18 Aprel 2021
14 Aprel 2021
13 Aprel 2021
12 Aprel 2021
08 Aprel 2021
07 Aprel 2021
06 Aprel 2021
Digər xəbərlər
-
Cəmiyyət
Vəkil: Hüseyn Abdullayevin səhhəti pisləşdiyindən aclığı dayandırıb
-
Cəmiyyət
Gədəbəydə jurnalistin həbsi üçün 40 min manat rüşvət verilib - İDDİA
-
Foto, Cəmiyyət
Aclıq aksiyası keçirən ahılların səhhəti pisləşib
-
Manşet, Cəmiyyət
“Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
-
Manşet, Cəmiyyət
Hüseyn Abdullayev: Ölüm aclığına başlayıram
-
Manşet, Video, Cəmiyyət
“Mənə qarşı hərbi çevriliş etmək istəmişdilər”
-
Cəmiyyət
Sensasion iddia: "Polis qız zorlanan evə kamera qoyub"
-
Manşet, Foto, Video, Cəmiyyət
İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışını etdi
-
Manşet, Foto, Video, Cəmiyyət
5 ahıl qadın ölüm aclığına başladı – baş prokurordan ədalət tələb edirlər