Mədət Quliyev icra başçısının oğlunu işdən çıxardı

Mədət Quliyev icra başçısının oğlunu işdən çıxardı
Загрузка...
Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu vəzifəsini itirib. Criminal.az saytının əldə etdiyi məlumata görə, başçının oğlu Ənvər Vəliyev Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu rayon şöbəsinin rəis müavini idi. Bir neçə gün əvvəl DTX rəisi Mədət Quliyev onu tutduğu vəzifəsindən azad edərək sərəncama götürüb. 
A.Vəliyevin də yaxın günlərdə vəzifəsini itirəcəyi ilə bağlı iddialar da var. 
Başçının köməkçisi Müslüm Mahmudov Criminal.az saytına bildirdi ki, bu haqda hər hansı məlumatı yoxdur.  
Xatırladaq ki, A.Vəliyev "Volkswagen", "Audi", "Seat", "Porsche" avtomobil markalarının ölkəmizdəki rəsmi importyorudur. Bundan başqa, A.Vəliyevin Sabunçu ərazisində ticarət obyektləri, çoxmərtəbəli binalarının olduğu barədə mətbuatda məlumatlar yer alıb.  

Загрузка...
Загрузка...

Xəbər lenti