Mədət Quliyev generalı özünə müşavir təyin etdi

Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Загрузка...
 Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib. Unikal.org xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.
Xəbəri Müdafiə Sənayesi nazirliyinin Mətbuat katibi Yaşar İsakov təsdiqləyib.
Qeyd edək ki, general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti