Ər arvadını öldürüb polisi aldatdı

Ər arvadını öldürüb polisi aldatdı
Загрузка...

Azərbaycanda dəhşətli qətl hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən Criminal.az-a verilən məlumata görə, bu il sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədi ilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağızlarnı yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və Xanpərinin hadisə yerində ölməsi barədə verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. 

Nəticədə Xanpəri Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürülməsi müəyyən edilib. S.Səfərov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti