"Maska" əməliyyatında tutulan şəxs məşhur apteklər şəbəkəsinin baş direktorunun əridir

11 Mart 2020, 19:54
11 Mart
2020
19:54
1303
Baş direktor Əzizə Baxşıyevanın həyat yoldaşı daha sonra sərbəst buraxılıb
Fevralın 9-da Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən "maska" əməliyyatında tutulanlar tanınmış xanımın həyat yoldaşı da var. Söhbət "Avromed" şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədovdan gedir.
Criminal.az xəbər verir ki, bloger Həbib Müntəzir hadisənin detalları ilə bağlı yeni məlumat yayıb. O bildirib ki, əməliyyat zamanı 115 saylı Şəki kənd seçki dairəsindən deputat seçilən Cavanşir Feyziyevə məxsus "Avromed" şirkətinin əməkdaşları da saxlanılıb.
Belə ki, "Avromed" şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov əməliyyat zamanı saxlanılsa da, daha sonra sərbəst buraxılıb. O, əməliyyat zamanı çəkilən video və fotogörüntülərə də düşüb.

"İlham Əliyev efirdə tibbi maskalara artan tələbatdan sui-istifadə edənlərin cəzalandırılacağını demişdi. Bundan sonra "Bandotdel" əməliyyat keçirdi və çinli, iranlı, azərbaycanlılardan ibarət dəstə üzvləri saxlanıldı. O dəstənin içində olanlardan, bandanın başı bilirsiz kim idi: Riad Məmmədov. Heç bir xəbər agentliyi xəbərlərində onun adını qeyd etməmişdi". "Kimdir bu şəxs? Saxta yolla Şəkidən deputat seçilən Cavanşir Feyziyevin sahib olduğu "Avromed" şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı, aptek müdiri Riad Məmmədov. Riadın görüntüləri TV-lərdə verilsə də, adını hallandırmadılar"- bloger qeyd edib.

DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı əməliyyat keçirib.

"Tədbir zamanı yaranan vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, aralarında xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb. Belə ki, əməliyyat zamanı İran İslam Respublikasının vətəndaşları Bahadur Davud, Moenifard Seyidməhəmməd, Saviz Amiryusif külli miqdarda tibbi maskaları satmaq istəyən zaman tutulublar. Həmçinin Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Çin Xalq Respublikasının vətəndaşları Yang Kun və Yiming Liunun ölkədən qaçaqmalçılıq yolu ilə öz vətənlərinə göndərmək məqsədilə tədarük etdikləri külli miqdarda tibbi maskalar onların Bakı şəhəri Yasamal rayonunda kirayədə yaşadıqları mənzildən aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Çin vətəndaşlarını külli miqdarda tibbi maska ilə təmin etməkdə şübhəli bilinən paytaxt sakini Arif İsmayılov da müəyyən edilərək saxlanılıb, - DİN-in məlumatda qeyd olunur.
Məlumatda deyilir ki, Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Xaçmaz rayon sakini Elvin Balamətov, Bakı şəhər sakini Elşən Ələkbərov, eləcə də paytaxt sakinləri Aslan Musayev, Şahin Fərzəliyev və Vaqif Mehbalıyev tibbi maska satarkən saxlanılıblar: "Bu şəxslər tibbi maskaları real dəyərindən dəfələrlə baha qiymətə satışa təqdim etdikləri üçün ifşa ediliblər. Baş İdarənin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədəd tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb. Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir".
Xəbər lenti
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
17:36Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Video, Cinayət
Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
Manşet, Foto, Video, Cinayət
Jurnalistlərə "işverən" deyən "Fairmont Baku" "qəhrəmanı" da saxlanıldı
-
Manşet, Foto, Video, Cinayət
"Maska" əməliyyatında tutulan şəxs məşhur apteklər şəbəkəsinin baş direktorunun əridir
-
Manşet, Foto, Video, Cinayət
Bakıda məhkəmə sədrinin nəvəsini evindən oğurladılar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
Manşet, Foto, Video, Cinayət
Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi
-
Manşet, Foto, Video, Cinayət
Həbs edilən kriminal "Ramoş” kimdir? - ONUN ÇAY EVİNDƏKİ DAVASININ GÖRÜNTÜSÜ
-
Manşet, Foto, Video, Cinayət
Azərbaycanlı iş adamı Moskvada bankdan çıxarkən öldürüldü, 50 min dolları aparıldı - QƏTL ANI
-
Manşet, Foto, Video, Cinayət
Bakıda həyat yoldaşı ilə adam oğurlayan çempion kimdir?
-
Manşet, Foto, Video, Cinayət
Universitet müəllimi 27.000 manatı 17-ci "zon"a necə keçirib? - TELEFON DANIŞIĞI