“Maşında oturmuşdu, üst-başı qan içində idi...” - BAKIDA HAKİMİN ATASINI DÖYÜB ÖLDÜRƏN TAKSİ SÜRÜCÜSÜNƏ LAYİQLİ CƏZA VERİLƏCƏKMİ?

18 Fevral 2022, 16:33
18 Fevral
2022
16:33
965
Ötən il oktyabr ayının 20-də Binəqədi rayonu Rəsulzadə qəsəbəsində - yaşadığı evin yaxınlığında döyülərək ağır xəsarətlər alan, uzun müddət xəstəxanada müalicə olunsa da, sonradan komaya düşərək dünyasını dəyişən Həşim Xəzrinin həyat yoldaşı Aidə Xəzri cinayət işinin obyektiv araşdırılması üçün aidiyyatı qurumlara müraciət edib.
Qeyd edək ki, mərhum Həşim Xəzri həm də Xəzər Rayon Məhkəməsinin hakimi Ramilə Xəzrinin atasıdır.
virtualaz.org xəbər verir ki, Həşim Xəzri özünə məxsus "Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən onunla qarşıdan gələn "Nissan Sanny” markalı avtomobilin sürücüsü Nicat Hüseynov arasında bir-birlərinə yol verməmələri səbəbindən münahisə yaranıb.
Mübahisə zamanı taksi sürücüsü N.Hüseynov Həşim Xəzrini yumruq və təpiklə döyüb.

Hadisə bu küçədə baş verib...
Hadisəni törətməkdə təqsirləndirilən N.Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Hələlik ona qarşı adam öldürmə maddəsi ilə ittiham irəli sürülməyib.
Mərhumun həyat yoldaşı Aida Xəzri deyir ki, həyat yoldaşı kifayət qədər sağlam həyat tərzi sürüb. Baş vermiş hadisəyə qədər heç bir xəstəlikdən əziyyət çəkməyib, təzyiq, başağrılarından şikayətlənməyib, xroniki xəstəliyi olmayıb.

Qanlı "Nissan"...
"Qızım zəng vurub dedi ki, atam evin yanında cavan bir oğlan tərəfindən döyülüb, özünü pis hiss edir. Dərhal küçəyə çıxdım. Həyat yoldaşım maşında əyləşmişdi, üst-başı qan içərisində idi, paltarları palçıq olmuşdu. Nə baş verdiyini soruşdum, su istədi. Evdən su gətirib verdim” - Aida Xəzri bildirib.
Həyat yoldaşından nə baş verdiyini soruşduqda, H.Xəzri ona qızını işə qoyub evə qayıtdıqda döngədə bir maşının yolu kəsdiyini, yol verməməsi səbəbindən mübahisələri yarandığını, qəfildən hücum çəkərək yumruqla başına, çənəsinə zərbələr vurduğunu, sonra isə mşına minib hadisə yerindən qaçdığını deyib. ” Binəqədi rayon Polis İdarəsinə gedib hadisə ilə bağlı şikayət ərizəsi yazdıq. Bizə ekspertin yanına getməyi məsləhət gördülər. Getdik, vizual baxışlar keçirildi, evə qayıtdıq. Axşamtərəfi Həşim dedi ki, gözlərimə tor gəlir, başımda ağrılar var”, -mərhumun dul həyat yoldaşı deyir.

Həşim Xəzri artıq sağ deyil...
Taksi sürücüsü tərəfindən döyülən H.Xəzri baş-beyin nahiyəsindən ağır xəsarətlər aldığından Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qanama ocağı aşkarlanıb. Həmin gün evə buraxılıb, lakin axşam baş ağrıları yenidən şiddətlənib, vəziyyəti pisləşib. Odur ki, yenidən xəstəxanaya geri qaytarılıb. Xəstəxanaya çatdırıldıqdan təxminən 20 dəqiqə sonra isə komaya düşüb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qansızma ocağının artması müəyyən edilib, təcili əməliyyata alınıb.
Ötən il oktyabrın 24-dən noyabrın 6-a qədər xəstəxanada müalicə alıb. Lakin səhhəti ağırlaşdığından Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib. Dekabrın 27-nə qədər orda müalicə olunub, lakin vəziyyətində irəliləyiş baş verməyib. Koma vəziyyətində olan xəstənin müalicəsinin həkim nəzarəti altında xüsusi şəraitdə evdə davam etdirilməsinə qərar verilib. H.Xəzri bu il yanvarın 25-də vəfat edib.

Həşim Xəzri döyüləndən sonra
"Aldığı zərbələrdən yaranan hematomanın və digər fəsadların nəticəsində həyat yoldaşım öldü. Həkimlərin verdiyi epikrizdə də qeyd olunub ki, sol beyin yarımkürəsində subdural hematoma yaranıb, bu isə post travmatik nəticədir. Bu hadisəyə qədər yoldaşımın hansısa xroniki xəstəliyi olmayıb, müalicə almayıb, ürək, qan-damar və təzyiqlə bağlı problemi olmayıb. Hematoma nəticəsində beyninə qan sızıb. Qansızma nəticəsində beyin qapağı çıxarılıb. Nə danışır, nə yeyirdi. Onun əlil qalmasına da razı idim, yetər ki sağ qalaydı, yanımızda olaydı” - zərərçəkmiş belə deyib.

Mərhumun həyat yoldaşı cinayət işinin obyektiv araşdırılması üçün aidiyyatı qurumlara müraciət edib, köməklik istəyib.
"Döyüləndən sonra aldığı travmalardan yoldaşımın beyninə qan sızdı, komaya düşüb öldü. Hadisəni törədən layiqli cəza almazsa bu kimi cinayətlər törətməyə meylli olan şəxslərin də sayı artar. Baş vermiş cinayət hadisəsini öz nəzarətinizə götürməyinizi, iş üzrə obyektiv məhkəmə-tibbi ekspertiza rəyinin verilməsini və obyektiv araşdırma aparılmasını sizlərdən xahiş edirəm”, - Aida Xəzri redaksiyamıza müraciətində bildirib.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Cinayət
Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
Manşet, Foto, Cinayət
Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
Manşet, Foto, Cinayət
“Maşında oturmuşdu, üst-başı qan içində idi...” - BAKIDA HAKİMİN ATASINI DÖYÜB ÖLDÜRƏN TAKSİ SÜRÜCÜSÜNƏ LAYİQLİ CƏZA VERİLƏCƏKMİ?
-
Manşet, Foto, Cinayət
Yalanı ilə gündəm olan “polkovnik” Rasim əslində kimdir?
-
Manşet, Foto, Cinayət
Bahalı maşınları ilə gündəmə gələn keçmiş məmur yenidən həbs edilib
-
Manşet, Foto, Cinayət
“Bakcell” əməkdaşının yaralanması ilə bağlı cinayət işi açılıb
-
Manşet, Foto, Cinayət
"İnsanları narkotika üçün yalvarmağa məcbur edirdik..." - Polis qarşısında ETİRAF
-
Manşet, Foto, Cinayət, Dosye
Kiprə göndərilən azərbaycanlı killerin işi: daha bir silah tapıldı - “BU CİDDİ HADİSƏDİR, SÜBUTLAR TOPLANIB, BİZ SONA YAXINLAŞIRIQ...”
-
Manşet, Foto, Cinayət
Sənaya təcavüzdə ittiham olunan xalası oğlu saxlanıldı