Masallıda qəza - 2 müəllim öldü

Masallıda qəza - 2 müəllim öldü
Загрузка...
Masallıda qəza baş verib. "Qafqazinfo” xəbər verir ki, hadisə Masallı-Qızılağac yolunun Çaxırlı kəndi ərazisində olub. "Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını yol kənarındakı boş sahəyə aşırıb. Sürücü, Cəlilabad rayonunun Maşlıq kənd sakini, 1957-ci il təvəllüdlü Sabir Ağayev və yanındakı sərnişin, həmkəndlisi Abdulla Abdullayev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Onların hər ikisi Cəlilabadın Maşlıq kənd orta məktəbinin müəllimi olub.
***
Kənd sakinlərinin verdiyi məlumata görə, maşında daha bir xanım sərnişin olub. Hadisədən sonra kimliyi məlum olmayan qadın başqa bir avtomobilə əyləşərək qəza yerini tərk edib.
Загрузка...
Загрузка...

Xəbər lenti