Masallıda icra nümayəndəsi həbs edilib

Masallıda icra nümayəndəsi həbs edilib
 İsrail Tağıyev karantin dövründə arayış verməkdə ittiham olunurMasallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbəsi üzrə nümayəndəsi İsrail Tağıyev həbs edilib. Onun işi məhkəməyə göndərilib. Bu barədə məlumatı Baş Prokurorluq yayıb.
Bildirilir ki, İsrail Tağıyev xüsusi karantın rejimi qaydalarına zidd olaraq insanların sərbəst hərəkət etmələri üçün onlara müxtəlif arayışlar verib. Araşdırma zamanı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı, İsrail Tağıyevin xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxdığı məlum olub.
Prokurorluq bildirir ki, İsrail Tağıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Avqustun 14-də cinayət işi ibtidai istintaqı tamamlayaraq aiddiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti